İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində ABŞ istehsalı olan MQ-1 tipli pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.
Avropa.info xəbər verir ki, Fars Xəbər Agentliyi İnqilab Keşikçiləri Ordusunun yazılı açıqlamasını yayıb.
Açıqlamada MQ-1 tipli PUA-nın Hörmüz boğazı üzərində İran hava hücumundan müdafiə sistemi tərəfindən aşkar edilərək vurulduğu bildirilib.
ABŞ-ın 1990-cı illərdə istehsal etdiyi MQ-1 tipli İHA-nın ilkin olaraq müşahidə və qabaqcıl kəşfiyyat məqsədləri üçün istifadə edilməsi planlaşdırılırdı. Daha sonra bu PUA-lara yeni kameralar və raketlər tətbiq edilib.





























