İran ordusu ABŞ-nin davam edən hücumlarına cavab olaraq Küveyt və Bəhreyndə yerləşən Amerika hərbi obyektlərini pilotsuz uçuş aparatları ilə vurduğunu bildirib.
Avrop.info xəbər verir ki, bu barədə “Press TV” İran ordusunun bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, pilotsuz uçuş aparatları Küveytdə yerləşən Patriot hava hücumundan müdafiə sistemi, sursat anbarı və radiolokasiya stansiyasını hədəfə alıb.
Məlumata görə, digər dron qrupu isə Bəhreyndəki ABŞ-yə məxsus hərbi rabitə mərkəzinə və radiolokasiya stansiyasına zərbələr endirib.
İran ordusunun bəyanatında qeyd olunub ki, regionda vəziyyətin daha da gərginləşməsinə görə məsuliyyət “ABŞ-İsrail düşməninin” üzərinə düşür.
Həmçinin xəbərdarlıq edilib ki, ABŞ-nin hücumları davam edəcəyi təqdirdə İranın cavabı daha sərt olacaq.





























