Dünya

“Gürcüstanın böhrandan çıxmasının yolu yeni parlament seçkilərindən keçir”-Zurabişvili

11 Noyabr 2024, 17:515
Reklam728x90
Reklam320x100

 

Avropa.info xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Açıq şəkildə böhran mövcuddur, dostlarımız Gürcüstanı bu böhrandan çıxarmağın yollarını tapmaq üçün buradadırlar”, – Zurabişvili səkkiz Avropa ölkəsinin parlamentlərinin xarici əlaqələr komitələrinin sədrlərindən ibarət nümayəndə heyəti ilə görüşündə bildirib.

Prezident Gürcüstanın yolunun sabitlik, demokratiya və Avropa olduğunu vurğulayıb.

Görüşdə Fransa, Litva, Latviya, Estoniya, Polşa, Almaniya, Finlandiya və İsveç nümayəndələri iştirak ediblər.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600