Hadisə

Gəncədə məktəbli bıçaqlandı

18 Dekabr 2024, 17:2210
Reklam728x90
Reklam320x100

Gəncədə yeniyetmələr arasında bıçaqlanma hadisəsi baş verib.

Avropa.info xəbər verir ki, 21 nömrəli məktəbin 10-cu sinif şagirdi 8-ci sinif şagirdini bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov faktı təsdiqləyib.

“Gəncə Şəhər Baş Polis İdarəsinə yetkinlik yaşına çatmayan şəxsin kəsici, deşici alətlə xəsarət alması barədə məlumat daxil olub. Hazırda araşdırmalar davam etdirilir. Hadisəni törədən şəxsin kimliyi müəyyən edilib istintaqa təhvil verildikdən sonra əlavə məlumat veriləcək.

Qeyd edim ki, hadisə məktəbdən kənarda qeydə alınıb”, – deyə E.Qasımov vurğulayıb

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600