Dünya

Ermənistanda 10 nəfər qidadan zəhərlənib

22 Dekabr 2024, 12:396
Reklam728x90
Reklam320x100

Ermənistanın Vanadzor şəhərində kütləvi zəhərlənmə olub.

Avropa . info yerli mətbuata istinadən xəbər verir ki, 10 nəfər zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində zərərçəkənlərin Vanadzor mərkəzi bazarının ərazisindəki fərdi sahibkar Rudik Alaverdyana məxsus iaşə məntəqəsində qidadan zəhərləndikləri məlum olub. Ərzaq məhsullarından nümunələr götürülüb, laboratoriya müayinəsi aparılıb. Yoxlama zamanı obyektin təsdiq edilmiş sanitariya və gigiyena normalarının pozulması ilə işlədiyi də məlum olub.

 

Obyektin fəaliyyəti dayandırılıb.

 

Qeyd edilir ki, laboratoriya analizinin nəticələri barədə əlavə məlumat veriləcək

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600