Dünya

Əfqanıstan -Pakistan sərhədində vəziyyət gərginləşdi

28 Dekabr 2024, 18:3515
Reklam728x90
Reklam320x100

“Əfqan əsgərləri Əfqanıstan ordusuna qarşı hava hücumuna cavab olaraq Pakistanın bir neçə bölgəsinə hücum edib”.

Avropa.info xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi özünün “X” səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, əfqan hərbçiləri “düşmən qüvvələrin və onların havadarlarının mərkəz və sığınacaqlarına” hücum ediblər. Zərbələrin Pakistanla sərhəddən kənarda da həyata keçirildiyi vurğulanır.

“Tasnim” agentliyi Əfqanıstanın Xost və Paktiya əyalətlərinin sərhəd bölgələrində dekabrın 27-dən bəri Taliban tərəfdarları ilə Pakistan hərbçiləri arasında döyüşlərin getdiyini bildirib.

 

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600