Dünya

“Demokratiya, cənab, biz gəldik. Növbəti stansiya neokolonializmdir” – Zaxarova

29 Oktyabr 2024, 09:486
Reklam728x90
Reklam320x100

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın Gürcüstan hakimiyyətinə qarşı təhdidlərini ironik şəkildə şərh edib.

Avropa.info yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Zaxarova özünün Telegram kanalında paylaşım edib.

“Demokratiya, cənab, biz gəldik. Növbəti stansiya neokolonializmdir”, – Zaxarova yazıb.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ölkənin 150 deputatdan ibarət ali qanunverici orqanında yerlər uğrunda 20-yə yaxın partiya mübarizə aparıb. Ardıcıl 12 il hakimiyyətdə olan “Gürcü arzusu” fraksiyası 54,3% səslə qalib gəlib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600