24 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Gündəm

COP29 başa çatdı: tarixi qərarlar qəbul edildi

Noyabr 24, 2024
Gündəm, Siyasət
A A

Noyabrın 23-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar iclası keçirilibdir

Avropa.info xəbər verir ki, COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev son iki həftə ərzində tərəflərin çox gərgin işlədiyini bildirib, heç kimin Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmədiyini, dünyanın gözünün COP-a fokuslandığını deyib. O, yerdə qalan fikir ayrılıqları ilə bağlı fəal şəkildə işləməyi xahiş edib.

 

Sonra çıxış edən Braziliyanın ətraf mühit naziri Marina Silva bildirib ki, ölkəsində keçiriləcək COP30 konfransı bütün ölkələr arasında möhkəmlənəcək əməkdaşlığın nümunəsi olmalıdır.

 

O qeyd edib ki, bunun baş verməsi üçün COP29-da aparılan müzakirələr zamanı qarşılaşılan çətinliklərə baxmayaraq, yekun razılaşma əldə etməli, gücümüzü birləşdirməliyik. “Üzləşdiyimiz böhranı nəzərə alsaq, belə məsələlər təcili həll tələb edir. Bu razılaşmanın əldə olunması yalnız tərəflər arasında həmrəyliyin formalaşmasından asılıdır. Cəmiyyət bizdən yalnız məsuliyyətli addımlarla irəliləməyi tələb edir”, – deyə nazir vurğulayıb.

 

Daha sonra COP29 çərçivəsində keçirilmiş müzakirələrin hesabatları və iclasların protokolları, həmçinin razılaşdırılmış sənədlər təsdiqlənib. COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan edilməsi barədə qətnamə qəbul olunub.

 

Plenar iclasda Paris Sazişinin 6-cı maddəsi tam təsdiq olunub. Bu, yüksək inteqrasiya olunmuş karbon bazarları üzrə danışıqların onillik müddətdən sonra başa çatmasıdır. Sözügedən məsələ COP29 Sədrliyinin əsas prioritetlərindən biri idi və bu, Tərəfləri intensiv ikitərəfli texniki və siyasi danışıqlar vasitəsilə bu mühüm nailiyyətə doğru apardı. Bu strategiya illərlə davam edən çətin vəziyyətə son qoymağa kömək etdi və Paris Sazişinin sonuncu vacib bəndini yekunlaşdırır. Altıncı maddə iqlimlə bağlı hədəflərə çatmaq məqsədilə əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarları təmin edir. Bu transsərhəd əməkdaşlıq sayəsində ölkələrin milli iqlim planlarının (NDCs) həyata keçirilməsi xərclərini ildə 250 milyard dollara qədər azaldacağı gözlənilir. COP29 Sədrliyi Tərəfləri bu vəsaiti daha böyük iqlim ambisiyalarına yenidən investisiya yatırmağa təşviq edir. Fevral ayında təqdim ediləcək növbəti nəsil NDCs-lər dünyanın 1,5 dərəcə hədəfinə olan ümidləri üçün mühüm əhəmiyyət daşıyır. İqlim diplomatiyasında ən mürəkkəb və texniki problemlərdən birinin həlli sayılan 6-cı maddə üzrə razılıq kömür zavodlarının istismardan çıxarılması, külək stansiyalarının qurulması və meşələrın salınmasını əhatə edir. Bu, inkişaf etməkdə olan dünyada yeni investisiya dalğası deməkdir. Altıncı maddə üzrə yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünün təmin edilməsində mühüm rol oynayacaq. Bu qərar, real, əlavə, yoxlanıla və ölçülə bilən emissiyaların azaldılması və aradan qaldırılması vasitəsilə karbon bazarlarının şəffaflığını və dayanıqlılığını təmin edərək, qlobal iqlim investisiyalarına təkan vermək üçün böyük potensialı ortaya qoyacaq. Qəbul edilmiş təlimatlar və qaydalar karbon layihələrinin praktikliyinin və inklüzivliyinin qorunub saxlanmasını təmin etmək üçün nəzərdə tutulub. Həmin təlimatlar və qaydalar elə təşkil olunub ki, onlar karbon layihələrinin öz praktikliyinin və inklüzivliyinin qorunub saxlanmasını təmin edir, insan hüquqlarına hörmət bəsləyir və davamlı inkişafa dəstək göstərir, o cümlədən ölkələrə və layihə tərtibatçılarına Paris Sazişi çərçivəsində inamla əməkdaşlıq etmək imkanı verir.

 

Tədbirdə inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olunub. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iqlim dəyişmələrinin fəsadlarının kiçik ada ölkələrinə törətdiyi çətinliklərin həlli məsələsinin COP29 Sədrliyinin prioriteti kimi müəyyən edilməsinə uyğundur. İtki və Zərər Fondunun (Loss and Damage Fund) yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alınmışdır. Fond iqlim dəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək məqsədi daşıyır. Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş COP28 zamanı Fondun fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olunub. COP29 Sədrliyi İtki və Zərər Fondunun fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addımlar atıb, İdarə Heyəti və Dünya Bankı ilə sıx əməkdaşlıq edib. Cari ilin sentyabrında Fondun İdarə Heyətinin Bakıda keçirilmiş 3-cü iclası zamanı Fondun fəaliyyətə başlaması üçün vacib tədbirlər görülüb, Fondun icraçı direktoru təyin edilib. COP29 çərçivəsində isə İtki və Zərər Fondu ilə bağlı bir sıra mühüm sazişlər imzalanıb. Bunlar Fondun İdarə Heyəti ilə Dünya Bankı arasında “Qəyyumluq Sazişi” və “Katibliyin Ev Sahibliyi Sazişi”, eləcə də Fondun İdarə Heyəti ilə ev sahibi ölkə olan Filippin Respublikası arasında imzalanmış “Ev Sahibi Ölkəyə dair Saziş”dir. Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyinin məbləği 730 milyon ABŞ dollarından artıqdır. Əldə edilən bu nailiyyətlərlə İtki və Zərər Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək. Bu, Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru

Plenar iclasda Paris Sazişinin 13-cü maddəsinə uyğun olaraq İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması, qabiliyyət quruculuğu sahəsində inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki dəstəyin göstərilməsinə dair qərar qəbul olunub. Qərar Paris Sazişinin 13-cü maddəsi ilə yaradılan Zənginləşdirilmiş Şəffaflıq Çərçivəsinin həyata keçirilməsi, o cümlədən inkişaf etməkdə olan ölkələr tərəfindən İkiillik Şəffaflıq Hesabatlarının hazırlanmasına maliyyə və texniki dəstəyin göstərilməsini ehtiva edir. Sənəddə COP29 Sədrliyinin təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platforması da yer alıb. Həmin qərarda COP29 Sədrliyinin iqlim şəffaflığı sahəsində həyata keçirdiyi tədbirlər, o cümlədən iqlim şəffaflığına həsr olunmuş bir sıra forumlar və qabiliyyət quruculuğu təlimlərinin təşkili, COP29-un iqlim şəffaflığı sahəsində əsas irsi olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının yaradılması tərəf dövlətləri tərəfindən alqışlanıb.

Plenar iclasın davamında yeni iqlim hədəfi qəbul olunub. Belə ki, COP29-un əsas prioriteti olan iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi qəbul olunub.

Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması təmin ediləcək. Bu vəsait dövlət, özəl, habelə çoxtərəfli mənbələr daxil olmaqla bütün mümkün mənbələr hesabına təmin olunacaq. Sənəd inkişaf etməkdə olan ölkələri könüllülük prinsipi əsasında iqlim maliyyəsinə töhfə verməyə çağırır.

Plenar iclasda, eyni zamanda, “Gender və iqlim dəyişikliyi”, “Uyğunlaşmaya dair qlobal hədəf”, “Şarm əl-Şeyx yumşaltma ambisiyaları və icra iş proqramı” da daxil olmaqla, bir sıra digər sənədlər təsdiqlənib.

Sonra çıxış edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP29-da önəmli qərarların qəbul olunduğunu, bununla belə qarşıda xeyli görülməli işlərin dayandığını diqqətə çatdırıb. O, COP29-da iqlim maliyyə hədəfinin 3 dəfə artırılması barədə razılığın əldə edildiyini, bunun iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalanlara dəstək üçün önəmli olduğunu deyib. Saymon Stil təxminən 10 il davam edən çətin fəaliyyətdən sonra COP29-da qlobal karbon bazarı barədə razılığın əldə olunmasını yüksək qiymətləndirib.

COP29 Pre

zidenti Muxtar Babayev Azərbaycan Prezidenti İlham Əliyevə tədbirin yüksək səviyyədə təşkilinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. O, BMT-nin rəhbərliyinin və müvafiq qurumlarının, Azərbaycanın dövlət orqanlarının, COP29 Əməliyyat Şirkətinin, könüllülərin fəaliyyətini vurğulayıb.

Plenar iclas işini müxtəlif ölkələrin nümayəndələrinin çıxışları ilə davam etdirib

Əvvəlki Yazı

Ukraynanın dəhşətli zərbəsi: rus general, 18 zabit, 500 əsgər…

Növbəti Yazı

Şəkidə gənc oğlan dəm qazından boğularaq ölüb

XƏBƏR LENTİ

Səməd Ağaoğlu haqqında monoqrafiya yayımlandı

Səməd Ağaoğlu haqqında monoqrafiya yayımlandı

23 İyun 2026 / 23:35
3
Misir Mədəniyyət Mərkəzində “Mədəniyyətlərin səsi” sərgisi keçirilib – FOTOLAR

Misir Mədəniyyət Mərkəzində “Mədəniyyətlərin səsi” sərgisi keçirilib – FOTOLAR

23 İyun 2026 / 23:32
14
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır

Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır

23 İyun 2026 / 16:36
2
Ukrayna ordusu Krımdakı vacib körpünü darmadağın etdi – Foto

Ukrayna ordusu Krımdakı vacib körpünü darmadağın etdi – Foto

23 İyun 2026 / 16:14
3
Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdi

23 İyun 2026 / 16:02
1
İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi – Fotolar

İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi – Fotolar

23 İyun 2026 / 15:57
11
Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu

Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu

23 İyun 2026 / 15:52
3
Xankəndidə kafedə insident: həbs olunanlar var

Xankəndidə kafedə insident: həbs olunanlar var

23 İyun 2026 / 14:03
2
“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” – Video

“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” – Video

23 İyun 2026 / 13:52
7
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular – Fotolar

Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular – Fotolar

23 İyun 2026 / 13:44
4
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində – Fotolar

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində – Fotolar

23 İyun 2026 / 13:19
9
Əyalətlərdə keyfiyyətə, qiymətə nəzarət güclənməlidir… – Rafiq Daşdəmirli

Əyalətlərdə keyfiyyətə, qiymətə nəzarət güclənməlidir… – Rafiq Daşdəmirli

23 İyun 2026 / 11:42
18
Sabunçuda ağacdan yıxılan kişi öldü

Sabunçuda ağacdan yıxılan kişi öldü

23 İyun 2026 / 11:13
1
Gürcüstanda zəlzələ baş verdi

Gürcüstanda zəlzələ baş verdi

23 İyun 2026 / 11:09
1
Heyvandarlığın inkişafı və qorunması: Mövcud problemlər və həll yolları – TƏHLİL

Heyvandarlığın inkişafı və qorunması: Mövcud problemlər və həll yolları – TƏHLİL

23 İyun 2026 / 10:44
4
Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaq

Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaq

23 İyun 2026 / 9:28
2
Mərdəkanda dənizdə batan 4 gəncin – Fotosu

Mərdəkanda dənizdə batan 4 gəncin – Fotosu

23 İyun 2026 / 9:23
9
şefinin ilk addımı Konqresdə narazılığa səbəb oldu

şefinin ilk addımı Konqresdə narazılığa səbəb oldu

23 İyun 2026 / 9:17
1
Avropada ölümcül istilər gözlənilir – Xəbərdarlıq edildi

Avropada ölümcül istilər gözlənilir – Xəbərdarlıq edildi

23 İyun 2026 / 9:09
2
Fransa – İraq matçı yarımçıq dayandırıldı

Fransa – İraq matçı yarımçıq dayandırıldı

23 İyun 2026 / 8:59
2
Azərbaycanda ali təhsildə praktiki bacarıqların gücləndirilməsi: Universitet-sənaye əməkdaşlığının inkişaf perspektivləri

Azərbaycanda ali təhsildə praktiki bacarıqların gücləndirilməsi: Universitet-sənaye əməkdaşlığının inkişaf perspektivləri

22 İyun 2026 / 22:14
18
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər – Fotolar – Yenilənib

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər – Fotolar – Yenilənib

22 İyun 2026 / 16:50
11
“Əziz Cabir, bu gün sənin 50 yaşın tamam olacaqdı”-Dostlari paylaşım etdi-Fotolar

“Əziz Cabir, bu gün sənin 50 yaşın tamam olacaqdı”-Dostlari paylaşım etdi-Fotolar

22 İyun 2026 / 12:18
32
ATV-nin qadınların pensiya yaşı ilə bağlı verdiyi süjet saxtadır… – Deputat

Deputatla telekanal arasında gərginlik: “Fikirlərim saxtalaşdırılıb” – VİDEO

22 İyun 2026 / 11:32
17
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib

22 İyun 2026 / 11:14
20
Türkmənistan prezidentinin rəsmi qarşılanma mərasimi oldu

Türkmənistan prezidentinin rəsmi qarşılanma mərasimi oldu

22 İyun 2026 / 11:07
27
İctimai nəzarət və ekoloji məsuliyyət heyvandarlığın gələcəyini necə müəyyənləşdirir? – TƏHLİL

İctimai nəzarət və ekoloji məsuliyyət heyvandarlığın gələcəyini necə müəyyənləşdirir? – TƏHLİL

22 İyun 2026 / 11:01
9
Rusiya Türkiyə gəmisini PUA ilə vurdu: ölənlər var – Video

Rusiya Türkiyə gəmisini PUA ilə vurdu: ölənlər var – Video

22 İyun 2026 / 10:47
3
Fatih Terimdən azarkeşlərə müraciət

Fatih Terimdən azarkeşlərə müraciət

22 İyun 2026 / 10:41
18
Mingəçevirdə Vətən Müharibəsi iştirakçısı döyülərək qətlə yetirilib

Mingəçevirdə Vətən Müharibəsi iştirakçısı döyülərək qətlə yetirilib

22 İyun 2026 / 10:25
4
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.