24 - 10 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Cinayətlərin artmasına səbəb bu imiş – “Əgər ciddi tədbirlər görülməzsə…” – FOTO

Oktyabr 22, 2024
Cəmiyyət, Manşet
A A

Son vaxtlar cəmiyyətdə cinayətlərin sayı artmağa davam edir. Sosial zorakılıq halları artıq əhali arasında həyəcan yaradır. Qadınlar, uşaqlar və heyvanlar amansız qətllərin qurbanı olur, həmçinin, kişilər arasında da kütləvi davalar ölüm hallarına səbəb olur.

Bəs cəmiyyəti bu vəziyyətə gətirib çıxaran nədir? Məsələnin kökündə hansı amillər dayanır?

Avropa.info xəbər verir ki, psixoloq Elnarə Kərimova məsələni “Yeni Sabah”a belə şərh edib:

“Cəmiyyətdə gərginliyin olması barədə deyilənlər həqiqətdir. Bunu adi müşahidə ilə də görmək mümkündür. İctimai nəqliyyatdan tutmuş sosial həyatın müxtəlif sahələrinədək insanların bir-birinə dözümsüz davranışı buna sübutdur. İnsanlar bir-birinə qarşı dözümsüz və aqressiv olublar. Artıq əvvəllərdən fərqli olaraq bunu açıq nümayiş etdirməkdən çəkinmirlər. Cəmiyyətlərdəki gərginlik onu yaradan səbəblərdən asılı olaraq özünü müxtəlif cür biruzə verir. Məsələn, müharibənin baş verdiyi ölkələrdə bu, özünü daha çox intiharlarda, qətllərdə və kütləvi davalarda göstərir. Sosial-iqtisadi böhranın baş verdiyi ölkələrdə isə etirazlar, nümayişlər zamanı dinc yolla yox, daha çox aqressiv davranışlarla, qarətlə özünü biruzə verir.

Vyetnam müharibəsi, eləcə də İraqdakı müharibədən sonra ABŞ-də xüsusilə hərbçilər arasında intihar hallarının artması barədə məlumatlar var. Yaxud İkinci Dünya müharibəsindən sonra SSRİ-də kriminal vəziyyətin xeyli gərginləşdiyinə dair məlumatlar indi bəzi sənədlərlə təsdiqlənir. Ona görə də belə halların kütləviləşməsinin qarşısını almaq üçün müxtəlif tədbirlər görülməlidir. Cəmiyyətlə iş aparılmalı, gərginlik yaradan səbəblər araşdırılmalı, aradan qaldırılmalıdır. Bəzən evdə kiçik bir problemdən böyük zorakılıq doğa bilir və həmin zorakılıq təkcə şəxsin yaxın ətrafına yox, hətta tanımadığı şəxslərə qarşı da yönəlir”.

Psixoloq qeyd edib ki, qətllərin bəziləri affekt vəziyyətindən doğan, yaxud özünümüdafiə xarakterli deyil:

“Bəzi qətl hadisələrinin dəhşətli təfərrüatı insan psixologiyasının dərindən sarsıldığını söyləməyə əsas verir. Məsələn, övladın öz anasını 95 bıçaqla öldürməsinə dair məhkəmə işinin təfərrüatı yayılmışdı. Bu, artıq cəmiyyətdəki aqressivliyin pik həddə çatması ehtimalını gücləndirir və əgər ciddi tədbirlər görülməzsə, kriminal xəbərlərin artmasına şahid ola bilərik. Xəbərlərin təqdimatı, bəzən qətli törədən şəxsin az qala qəhrəman kimi təqdim edilməsi cəhdi sanki cəzasızlıq mühitinin formalaşdırılması kimi yanlış dəyərləndirmə kriminal olayların artmasına səbəblərdən bəziləridir. Bütün bu hallar öyrənilməli, diqqətlə araşdırılmalı və qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir”.

Avropa.info

Əvvəlki Yazı

Bakıda körpüləri yağış suyu basdı – Heydər Əliyev prospekti baglandi

Növbəti Yazı

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

XƏBƏR LENTİ

İstanbulda keçirilən görüşdən sonra 8 ölkənin xarici işlər nazirləri birgə bəyanatla çıxış ediblər

İstanbulda keçirilən görüşdən sonra 8 ölkənin xarici işlər nazirləri birgə bəyanatla çıxış ediblər

24 Oktyabr 2026 / 13:17
0
“Ceyhun Sabunçu”nun qətlinə görə saxlanılanlardan biri deputatın oğludur

“Ceyhun Sabunçu”nun qətlinə görə saxlanılanlardan biri deputatın oğludur

24 Oktyabr 2026 / 13:11
4
Ehtiram Mehtiyev:”Məqsəd odur ki, heç bir media qurumu özünü məhkəmə və ya cəza verən orqan yerində görməsin”

Ehtiram Mehtiyev:”Məqsəd odur ki, heç bir media qurumu özünü məhkəmə və ya cəza verən orqan yerində görməsin”

24 Oktyabr 2026 / 13:02
51
Husilərin Ər-Riyadın üzərinə atdığı ballistik raket məhv edilib

Husilərin Ər-Riyadın üzərinə atdığı ballistik raket məhv edilib

24 Oktyabr 2026 / 7:53
0
“Çanaqqaladan Bakıya ortaq mədəniyyət sərgisi” adlı tədbir keçiriləcək – FOTO

“Çanaqqaladan Bakıya ortaq mədəniyyət sərgisi” adlı tədbir keçiriləcək – FOTO

23 Oktyabr 2026 / 20:30
8
Revаnşizm sülhə qarşı: Ermənistan niyə keçmişin siyasi irsindən birdəfəlik xilas olmalıdır?

Revаnşizm sülhə qarşı: Ermənistan niyə keçmişin siyasi irsindən birdəfəlik xilas olmalıdır?

23 Oktyabr 2026 / 20:19
9
Respublika Uşaq Kitabxanasının stendində maarifləndirici görüşlər davam edir-Fotolar

Respublika Uşaq Kitabxanasının stendində maarifləndirici görüşlər davam edir-Fotolar

23 Oktyabr 2026 / 19:09
24
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü maraqlı tədbirlərlə yadda qalıb -Fotolar

XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü maraqlı tədbirlərlə yadda qalıb -Fotolar

23 Oktyabr 2026 / 16:39
64
Türkiyənin Zonquldagdaki mədənində partlayış olub

Türkiyənin Zonquldagdaki mədənində partlayış olub

23 Oktyabr 2026 / 13:34
12
Şirvani Hümmətoglu:”Kiyevin vurulması ABŞ-nin kəşfiyyat dəstəyini kəsməsinin nəticəsidir… “

Şirvani Hümmətoglu:”Kiyev, Moskva və avropalı tərəfdaşların hansı təklifləri qəbul etməyə hazır olduqları da məlum deyil”

23 Oktyabr 2026 / 13:24
53
CBD-dən “İsrailin Genişlənməsinin Anatomiyası” Hesabatı

CBD-dən “İsrailin Genişlənməsinin Anatomiyası” Hesabatı

23 Oktyabr 2026 / 13:00
3
ABŞ-ın BMT-dəki nümayəndəsi Vals İranla uzunmüddətli münaqişəyə hazır olduqlarını bəyan edib

ABŞ-ın BMT-dəki nümayəndəsi Vals İranla uzunmüddətli münaqişəyə hazır olduqlarını bəyan edib

23 Oktyabr 2026 / 12:55
4
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini ilə təltif etdi- Fotolar

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini ilə təltif etdi- Fotolar

23 Oktyabr 2026 / 12:52
4
Vüqar Dadaşov:”ABŞ-la dizel razılaşması Tramp və Putin arasında çox ciddi geosiyasi sövdələşməyə işarə edir”

Vüqar Dadaşov:”Ermənistanın legitim hüququ da yoxdur və həmin paraflanmış sülh sazişi də faktiki həmin hüququ tanımır”

23 Oktyabr 2026 / 12:42
64
ABŞ prezidenti Tramp neft potensialını artırmaq üçün Müdafiə İstehsalı Aktını işə salır

ABŞ prezidenti Tramp neft potensialını artırmaq üçün Müdafiə İstehsalı Aktını işə salır

23 Oktyabr 2026 / 9:41
5
Razi Nurullayev:”Sahibkarın problemi operativ həll edilməlidir”

Razi Nurullayev:”Sahibkarın problemi operativ həll edilməlidir”

23 Oktyabr 2026 / 9:19
85
Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar noyabrdan əvvəl başlaya bilər: Zelenski detalları açıqladı

Rada heyrətə gəldi: Zelenskinin bir ifadəsi sülh danışıqlarını necə dayandırdı

23 Oktyabr 2026 / 9:09
6
Putin və Zelenski arasında sülh üçün şəxsi görüş olmaya bilər: Trampın yeni bəyanatı

Ukrayna Starshield-ə çıxışdan məhrum edilir: Tramp administrasiyasında baş verənlər

23 Oktyabr 2026 / 8:59
9
Rusiya prezidenti Putin: Biz Ukrayna ilə razılığa gəlməyə hazırıq

Rusiya prezidenti Putin: Biz Ukrayna ilə razılığa gəlməyə hazırıq

23 Oktyabr 2026 / 8:11
7
İndoneziyada baş verən yanğınlar 333 min insanın tənəffüs yoluxucu xəstəliklərinə səbəb olub

İndoneziyada baş verən yanğınlar 333 min insanın tənəffüs yoluxucu xəstəliklərinə səbəb olub

23 Oktyabr 2026 / 8:07
1
zəlzələ nəticəsində 16 nəfər ölüb

zəlzələ nəticəsində 16 nəfər ölüb

23 Oktyabr 2026 / 8:03
1
Panamada baş verən zəlzələdə yaralanan 2 nəfər ölüb

Panamada baş verən zəlzələdə yaralanan 2 nəfər ölüb

23 Oktyabr 2026 / 7:52
1
ABŞ-da keçirilən ara seçkilərdən sonra ABŞ və İsrailin İrana qarşı yeni hücum planlaşdırdığı iddia edilib

ABŞ prezidenti Trampın İranla bağlı açıqlaması: Bəlkə bir az da irəli gedə bilərik

23 Oktyabr 2026 / 7:31
5
Tramp Kiyevdən güzəşt tələb edir: Zelenski Qütb Donanması ilə sülh üçün sərt ultimatum səsləndirdi

Tramp Kiyevdən güzəşt tələb edir: Zelenski Qütb Donanması ilə sülh üçün sərt ultimatum səsləndirdi

22 Oktyabr 2026 / 16:01
1
“Uşaq Dünyası” stendində uşaq yazarları ilə görüş keçirilib-Fotolar

“Uşaq Dünyası” stendində uşaq yazarları ilə görüş keçirilib-Fotolar

22 Oktyabr 2026 / 14:33
25
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:“Kütləvi aksiyalar Avropanın gələcək kursuna zərbə vurur”

22 Oktyabr 2026 / 13:33
47
Almaniya Elmir Nuriyevi Azərbaycana təhvil verir

Almaniya Elmir Nuriyevi Azərbaycana təhvil verir

22 Oktyabr 2026 / 13:23
27
Razi Nurullayev: “Zəngilan zəfər tariximizin şanlı və parlaq səhifəsidir”

Razi Nurullayev:”Təyyarə ilə səyahət etmək sıravi vətəndaş üçün əlçatmaz bir seçimə çevrilməməlidir”

22 Oktyabr 2026 / 12:33
49
Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar noyabrdan əvvəl başlaya bilər: Zelenski detalları açıqladı

Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar noyabrdan əvvəl başlaya bilər: Zelenski detalları açıqladı

22 Oktyabr 2026 / 9:12
4
Rusiya gecə saatlarında Kiyevə bir neçə dəfə hücum edib – 15 nəfər yaralanıb

Rusiya gecə saatlarında Kiyevə bir neçə dəfə hücum edib – 15 nəfər yaralanıb

22 Oktyabr 2026 / 8:40
7
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.