Dünya

“Bu torpaqları geri qaytara bilməyəcəyik”-Zelenski

18 Dekabr 2024, 17:4613
Reklam728x90
Reklam320x100

Ukraynanın Donbass və Krımı öz nəzarətinə “geri qaytarmağa” imkan verəcək resursları yoxdur.

Avropa.info xəbər verir ki, bu barədə “Le Parisien”ə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

“De-fakto, bu ərazilər indi rusların nəzarətindədir. Onları geri qaytarmaq bizim gücümüz xaricindədir. Biz ancaq beynəlxalq ictimaiyyətin Putini danışıqlar masasına oturmağa məcbur etmək üçün diplomatik təzyiqinə arxalana bilərik”, – deyə Ukrayna rəhbəri qeyd edib.

Ukraynanın müharibəyə son qoymaq üçün kompromislərə getmək istəyi ilə bağlı sualı cavablandıran prezident vurğulayıb ki, Kiyev Krımdan və ya Donbasdan imtina etməyə hazır deyil.

Zelenski əlavə edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kiyevin Moskva ilə münaqişəyə son qoymaq istəməməsindən xəbərdardır.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600