Belarusun Qrodno vilayətinin Dolqaya kəndində torpaq sahəsi ilə birgə yeddi yaşayış evi cəmi 45 Belarus rubluna (təxminən 24 Azərbaycan manatı) satışa çıxarılıb.
Avropa.info xəbər verir ki, ölkədə tərk edilmiş və sahibsiz qalan evlərin dövlət tərəfindən hərraca çıxarılaraq rəmzi qiymətə satılması layihəsi çərçivəsində təklif olunan bu mülklər birbaşa 1 baza vahidi dəyərində qiymətləndirilib.
Yerli icra hakimiyyətinin məlumatına görə, satışa çıxarılan hər bir evin özünəaid geniş torpaq sahəsi var və hərracsız, birbaşa müraciət qaydasında satılır.
Mülkləri təkcə Belarus vətəndaşları deyil, həm də xarici ölkə vətəndaşları maneəsiz əldə edə bilərlər. Qeyd olunur ki, bu cür addımların atılmasında əsas məqsəd kənd ərazilərini bərpa etmək, boş qalmış torpaqları təkrar təsərrüfat dövriyyəsinə qaytarmaq və regionlara yeni sakinləri cəlb etməkdir.






























