Yəməndə husilərlə hökumət qüvvələri arasında getdikcə şiddətlənən qarşıdurmalara görə 137 mindən çox uşağın məktəbə gedə bilmədiyi açıqlanıb.
Avropa.info xəbər verir ki, Birləşmiş Millətlər (BMT) Uşaq Fondu (UNICEF) tərəfindən edilən yazılı açıqlamada, son gərginliyin 137 mindən çox uşağı təhsildən məhrum etdiyi vurğulanıb.
Bəyanatda uşaqların qarşıdurmalara görə gələcəklərini itirməmələri vurğulanıb və UNICEF-in uşaqlar üçün müvəqqəti sinif otaqları yaratmağa çalışdığı bildirilib.
Açıqlamada Yəməndə artan gərginlik səbəbindən ölkənin qərb sahillərindəki ailələrin köçlərini davam etdirdiyi, BMT-nin Əhali Fondu və Dünya Ərzaq Proqramı ilə əməkdaşlıq çərçivəsində ilkin ehtiyaclar da daxil olmaqla 14 mindən çox yeni köçkünə təcili yardımların edildiyi bildirilib.
İyul ayından etibarən Yəməndə münaqişələr yenidən alovlanıb və husilər əvvəllər hökumət qüvvələrinin nəzarətində olan əraziləri ələ keçirdikcə Yəmənin qərb sahillərinin xəritəsi husilərin xeyrinə dəyişib.
Husilər Hodeyda, Taizli Meha, daha sonra Qırmızı dəniz sahilindəki şəhərləri və Babulmandeb ətrafındakı adaları ələ keçirdilər.






























