Baş prokuror Kamran Əliyev Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun inzibati binasında Yasamal rayonundan olan vətəndaşları qəbul edib.
Avropa.info xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayib
Bildirilib ki, qəbulda iştirak edən 65 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
































