Ölkə

Baş Nazir Əli Əsədov Moskva Dövlət Texniki Universitetində

12 Dekabr 2024, 16:359
Reklam728x90
Reklam320x100

Moskvaya işgüzar səfəri çərçivəsində Baş nazir Əli Əsədov və MDB-yə üzv ölkələrin digər nümayəndə heyətlərinin rəhbərləri N.E. Bauman adına Moskva Dövlət Texniki Universitetinin kampusunda olublar.

Avropa . info xəbər verir ki, burada hökumət başçılarına MDB ölkələrindən Moskva universitetlərində təhsil alan tələbələrin birgə mühəndis layihələrinin təqdimatı keçirilib.

Azərbaycanlı tələbə Vüsal Məhərrəmovun da daxil olduğu qrup “Xəzərin orbiti” layihəsini təqdim edib. Bu layihənin məqsədi Xəzərin ekoloji problemlərinin kosmik monitorinq texnologiyalarının işlənməsidir.

Baş nazir Əli Əsədov azərbaycanlı tələbənin daxil olduğu qrupun təqdimatını yüksək qiymətləndirib və Vüsal Məhərrəmova təhsilində uğurlar arzulayıb.





Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600