Dünya

“Bəşər Əsəd ölkədəki sosial problemlərin öhdəsindən gələ bilmədi”-Lavrov

30 Dekabr 2024, 10:195
Reklam728x90
Reklam320x100

“Suriyada vəziyyətin sürətli inkişafına keçmiş prezident Bəşər Əsədin ölkədəki sosial problemlərin öhdəsindən gələ bilməməsi səbəb olub”.

Avropa .info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib.

“Artıq onu da demək olar ki, vəziyyətin pisləşməsinin səbəblərindən biri də uzun sürən vətəndaş qarşıdurması şəraitində əvvəlki rəhbərliyin əhalinin əsas tələbatını ödəyə bilməməsi olub. Cəmiyyətdə etiraz əhval-ruhiyyəsi artır, vətəndaşların hökumətə dəstəyinin səviyyəsi dayanmadan azalırdı”, – nazir vurğulayıb.

Xatırladaq ki, Suriyada dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri hakimiyyəti ələ keçirib. Bunun ardınca, Bəşər Əsəd və ailəsi Rusiyaya qaçıb

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600