Hadisə

Agdaşda qardaş qardaşı qətlə yetirib

25 Noyabr 2024, 12:1223
Reklam728x90
Reklam320x100

Azərbaycanda kişinin qardaşını öldürməsinin bəzi detalları məlum olub.

Avropa.info-nun əldə etdiyi məlumata görə, hadisəyə səbəb mülk mübahisəsi olub.

Məlumata görə, onlar ailədə 7 nəfər olub, bacı-qardaşdan heç biri ailə qurmayıb.

Ağdaşda qətl törədilib.

Avropa.info-nun əldə etdiyi məlumata görə, kənd sakini, 1977-ci il təvəllüdlü Qalib Soltanəli oğlu Musayev yaşadığı evdə aralarında yaranmış münaqişə zəminində qardaşı, 1975-ci il təvəllüdlü Mirmehdi Musayevi bıçaqlayıb.

Qarın nahiyəsindən bıçaq xəsarəti alan Mirmehdi Musayev aldığı xəsarətdən ölüb.

Hadisəni törədən Q.Musayev polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600