Hadisə

Abşeronda daha bir məktəbdə yanğın: Şagirdlər təxliyə edildilər

2 Dekabr 2024, 15:5611
Reklam728x90
Reklam320x100

Abşeron Rayonu Xırdalan şəhər V.Y.Musibov adına 5 nömrəli məktəbdə yanğın baş verib.

Avropa .info xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb.

Məsələ ilə bağlı Oxu az-ın sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə elektrik naqillərinin paylanma qutusunda qısaqapanma nəticəsində baş verib:

“Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər, onların sağlamlığına heç bir təhlükə yaranmayıb.

Yanğın zamanı yalnız elektrik naqillərinin paylama qutusu zərər görüb, tədris binası mühafizə edilib.

Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür, məktəbin elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır”.

Yanğından görüntünü təqdim edirik:

 

 

Qeyd edək ki, bu gün Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən məktəb binasında elektrik naqillərinin paylanma qutusunda qısaqapanma nəticəsində yanğın baş verib.

 

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600