Bildirilib ki, ABŞ-da F-16 qırıcı təyyarəsi adi təlim zamanı Miçiqan ştatının kənd hissəsində qəzaya uğrayıb.
Avropa.info xəbər verir ki, ABŞ hərbi rəsmiləri F-16 qırıcısının Miçiqan əyalətində qəzaya uğradığını açıqlayıb.
Təyyarənin adi bir məşq uçuşu zamanı qəzaya uğradığını bildirən səlahiyyətlilər, pilotun ejeksiyon oturacağından istifadə edərək təyyarəni təhlükəsiz tərk etdiyi barədə məlumat paylaşıb.
Səlahiyyətlilər qəzanın Milli Qvardiyanın Alpena bölgəsindəki bazasında təlim zamanı baş verdiyini və qəzaya uğrayan təyyarənin pilotunun xəstəxanada müalicə olunduğunu qeyd edib.
Sosial mediada paylaşılan görüntülərdə təyyarənin düşdüyü ərazidən qatı qara tüstünün qalxdığı görülüb.






























