ABŞ gələn həftə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında çıxış edəcəyi gözlənilən Fələstin prezidenti Mahmud Abbasın viza tələbini rədd edib.
Avropa.info xəbər verir ki, ABŞ və Fələstin rəsmisinə əsaslanan “The Times of Israel” qəzetinin xəbərinə görə, Abbas ikinci ildir ki, BMT Baş Assambleyasında videokonfrans vasitəsilə çıxış etməli olacaq.
Abbasdan başqa, BMT Baş Assambleyası üçün ABŞ-a səfər edəcəyi gözlənilən Fələstin rəsmilərinin də viza müraciətləri rədd edilib.
Fələstin rəsmisi qeyd edib ki, ona viza verilməməsinin səbəbi “Terror fəaliyyəti ilə məşğul olan və ya terror təşkilatı ilə əlaqəsi olan şəxslərə istənilən vaxt viza verilməsini qadağan edən 212(a)(3)(B) maddəsidir”.
Abbasın viza ərizəsini ləğv etmə səbəbinin eyni olub-olmadığı məlum deyil.
Ötən il olduğu kimi, Abbasın gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında telekonfrans vasitəsilə çıxış edəcəyi gözlənilir.
Digər tərəfdən, ABŞ Dövlət Departamentindən verilən açıqlamada, Fələstin Administrasiyasının rəsmilərinə viza verilməsinə mane olan ABŞ sanksiyalarının “islahat etmədikləri, ABŞ qarşısında götürdükləri öhdəliklərə zidd hərəkət etmələri, sülh ümidlərini sarsıdan fəaliyyətlərini davam etdirmələri” səbəbiylə uzadılacağı bildirilib.
Bəyanatda Abbasa viza verilməməsi xəbərinə toxunulmayıb.
ABŞ administrasiyası viza vermədiyi üçün Fələstin prezidenti Abbas keçən il BMT Baş Assambleyasında iştirak edə bilməyib və Baş Assambleyaya videomüraciətlə müraciət edib.




























