İranın bölgədə 2 ABŞ döyüş gəmisini hədəf almasından sonra ABŞ ordusu İnqilab Keşikçiləri Qvardiyasına aid 3 tankeri məhv etdiyini açıqlayıb.
Avropa.info xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial media hesabında açıqlama verilib.
CENTCOM bəyanatda İran İnqilab Keşikçiləri Ordusunun ABŞ Hərbi Dəniz Qüvvələrinin regional sularda patrulluq edən 2 döyüş gəmisinə ballistik raketlər atmasından sonra 3 İran xam neft tankerini hədəfə aldıqlarını bildirib.
Açıqlamada ABŞ gəmilərinin İranın hücumundan “uğurla sağ çıxdığı” bildirilib və CENTCOM-un Karq adasının sahillərində İrana məxsus 2 xam neft tankerini sıradan çıxardığı, 1 İran tankerinin isə Oman körfəzində məhv edildiyi qeyd edilib.
Açıqlamada CENTCOM komandanı admiral Bred Kuper zərurət yaranarsa İranın məhdud və müdafiəsiz neft donanmasını məhv etməkdən çəkinməyəcəklərini ifadə edərək, “İran İnqilabı Keşikçiləri Korpusuna mesajımız açıqdır: Əgər mənim gəmilərimə atəş açsanız, sizə çox daha ağır iqtisadi qiymət ödəyəcəyik” dedi. Onun aşağıdakı ifadələri işlətdiyi bildirilir:
CENTCOM-un sosial media platformasındakı bəyanatından sonra verdiyi paylaşımda ABŞ-ın müdafiə naziri Pit Heqset, “Çox sadədir: İran ABŞ gəmilərini atəşə tutsa, biz neft tankerlərini məhv edib batıracağıq. Onların etməli olduğu tək şey ABŞ donanmasına atəş açmamaqdır”
Heqseth İranın dəniz və hava qüvvələrinə malik olmadığını, neft tankerləri donanmasının həssas olduğunu vurğulayaraq, ABŞ Hərbi Hava Qüvvələri və donanmasının bütün bu donanmaya hücum edə biləcəyini qeyd edib.






























