Yanvarın 19-da Beynəlxalq Qalereyada YAP Yasamal Rayon Təşkilatı ilə birgə 20 Yanvar faciəsinə həsr olunmuş layihə rəhbəri Aygün Əzizovanın olduğu “Əbədiyaşarlar” adlı sərgi keçirilib.
Avropa.info xəbər verir ki, sərgidə məşhur fotoqraf Reza Deqati, Türkiyədən məşhur rəssamlar İlhan İşbaşı, Hatice Uşaqlıoğlunun əsərləri sərgilənib.
Eyni zamanda ADPU-nun müəllimləri Səmayə Rzayeva, Səyyar Əliyev, İdrak Novruzov, Afər Fəttahova, Elçin Mayılov, Sevinc Hacıyeva, Ofeliya Sarıyeva, Naibə Vəliyeva, Fialeta Babayeva, Samirə Əliyeva, Leyli Səmədova, Səmayyə Nəzərova, ADRA -nın müəllimi Zinaida Mirzəzadə və istedadlı rəssam Səadət Nərmin Hacıyeva , yeniyetmə rəssam Günal Məcidsoy öz əsərləri ilə iştirak ediblər.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova tədbir iştirakçılarına həmin faciəli gün haqqında ətraflı məlumat verib.
20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Aygün Oqtay,
Fotolar Camalındır