25 - 05 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

İslamda musiqi haramdırmı? – MÖVQELƏR

Yanvar 14, 2025
Cəmiyyət, Redaktorun Seçimi
A A

Özünü dindar kimi təqdim edən Rəşad Hümbətovun sosial şəbəkədə yayılan videosu cəmiyyətdə geniş müzakirələrə və sərt reaksiyalara səbəb olub. Hümbətov videoda musiqiyə qulaq asmağın İslam dini baxımından haram olduğunu iddia edir və bunu “əxlaqsızlıq və sapmalara yol açan bir vasitə” kimi təqdim edir.

Onun çıxışında deyilir: “Musiqiyə qulaq asmaq İslam baxımından haramdır. Bu, əxlaqsızlığa, fahişəliyə və digər sapmalara yol açır”.

Hümbətovun bu çıxışı sosial mediada istifadəçilərin kəskin tənqidləri ilə qarşılanıb. Bir çox istifadəçi bu fikirləri “çağdışı, cəhalət dolu və insan azadlıqlarına müdaxilə” kimi qiymətləndirib. Onlar Hümbətovun iddialarının Azərbaycan cəmiyyətinin müasir və tolerant dəyərlərinə uyğun olmadığını vurğulayıblar.

İslamda musiqi haramdırmı?

Din alimləri qeyd edirlər ki, Qurani-Kərimdə musiqi ilə bağlı konkret bir qadağa ifadəsi yoxdur. Yalnız əgər musiqi Allaha, insanı yaxşılığa, mənəvi dəyərlərə çağırırsa və haram məzmun daşımırsa, məqbuldur, lakin günah, əxlaqsızlıq, şərab, zina və digər haramları təbliğ edən musiqi növüdürsə, dinə ziddir. Müsəlman bir şəxs musiqini dinləyərkən onun imanına və mənəviyyatına təsirini nəzərə almalıdır.

 

Ceyhun Məmmədov

Avropa.info xəbər verir ki, mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, əvvəlcə bütün ilahiyyatçılara tövsiyə edirəm ki, açıqlamalarında diqqətli olsunlar və bilsinlər ki, bu cür fikirlər cəmiyyət tərəfindən birmənalı qarşılanmır və geniş müzakirələrə səbəb olur. Buna görə də hər bir ilahiyyatçı açıqlama verərkən çox ehtiyatlı və düşüncəli olmalı, bu incə məqamları nəzərə almalıdır.

Musiqi ilə bağlı məsələyə gəldikdə, burada alimlərin müxtəlif yanaşmaları mövcuddur. Bəzi alimlər və məzhəblər musiqinin haram olduğunu bildirir, digərləri isə müəyyən hallarda, məsələn, vətənpərvərliyi təbliğ edən musiqilərin icazəli olduğunu qəbul edir. Yaxşı olardı ki, bu məsələyə yanaşarkən ilahiyyatçılar öz məzhəblərinin mövqeyini nəzərə alsınlar. Musiqini əxlaqsızlıq və ya fahişəliklə əlaqələndirmək düzgün yanaşma deyil. Dinin bu məsələyə yanaşmasından asılı olmayaraq, musiqi mədəniyyətin bir hissəsidir və bu mədəniyyət haqqında danışarkən diqqətli olmaq lazımdır.

Musiqinin insanı hansısa əxlaqsızlığa, tərbiyəsizliyə və ya yanlış yola sürüklədiyini iddia etmək doğru deyil. Belə bir yanaşma həm yanlış mövqedən çıxış etməkdir, həm də dinimizə xələl gətirə bilər. Musiqi barədə verilən bəzi fikirlər İslamın ümumi prinsiplərinə və onun mədəniyyətə verdiyi dəyərə uyğun gəlmir.

Din həm mədəniyyətin bir parçasıdır, həm də mədəniyyətə hörmət edən bir dindir. Bu səbəbdən, musiqi kimi məsələlərə yanaşarkən reallıqları və həqiqətləri nəzərə almalıyıq. Səsləndirilən fikirlər dini dəyərlərimizə və mənəviyyatımıza zidd olmamalıdır. Kim hansı məzhəbə mənsubdursa, o məzhəbə uyğun fikrini bildirməlidir.

İslam sülh və mədəniyyət dinidir. O, mədəniyyətə hörmət edən bir dindir. Din haqqında dəqiq bilgisi olmayan bir şəxs bu cür sərt açıqlamaları eşidəndə düşünə bilər ki, İslam mədəniyyətə qarşıdır və musiqini əxlaqsızlıqla əlaqələndirir. Bu, yanlış bir təsəvvür yaradır. Buna görə də musiqi ilə bağlı fikirlər irəli sürərkən çox ehtiyatlı və məsuliyyətli bir yanaşma nümayiş etdirməliyik”.

Dini mövzular üzrə araşdırmaçı yazar Rəsul Mirhəşimli də qeyd edib ki, İslam alimlərinin musiqiyə münasibəti birmənalı deyil:

Rəsul Mirhəşimli

“Bu baxımdan, mövzunun mürəkkəbliyini nəzərə alsaq, birmənalı şəkildə bütün musiqilər haqqında halal və ya haram hökmü vermək çətindir, bəzən isə ümumiyyətlə mümkün deyil.

Musiqinin ifasını və dinlənilməsini məqbul sayan alimlər Qurani-Kərimdə musiqini qadağan edən ayələr olmadığını əsas gətirərək, bu məsələdə qadağanı düzgün hesab etmirlər. Bu alimlər Quranın avazla oxunmasını, azanın musiqi ladları üzərində verilməsini əsas gətirərək, musiqi ifaçılığına və onu dinləməyə dair fikirlərini bu şəkildə əsaslandırırlar. Həmin alimlərin istinad yeri həmçinin hədislər olduğundan musiqinin halal olması barədə gətirdiyi misallar arasında İbn Macənin topladığı hədislər də yer alır. Bu alimlərə görə, musiqi bütövlükdə haram elan edilə bilməz, yalnız halal və haram musiqilər təsnifatına uyğun bölünür. Bu baxışların necə olduğunun izahını verəsi olsaq, o zaman həmin alimlər insanın əxlaqında mənfi çalarlara yol açmayan, şəhvət yaratmayan, sözlərində şirk olmayan musiqilərin məqbul olduğu düşüncəsini müdafiə ediblər.

Musiqinin haram olmadığı düşüncəsini müdafiə edənlər dörd səmavi kitabdan biri sayılan Zəburun endirildiyi Hz.Davud (ə) peyğəmbərin gözəl avazı olması barədə rəvayəti də əsas gətirirlər.

Hənəfi məzhəbinin qurucusu olan Əbu Hənifə adı ilə tanınan Numan ibn Sabit musiqinin haram olub-olmaması məsələsində daha mülayim bir yanaşma nümayiş etdirib. O, musiqinin bəzi hallarda məkruh olduğunu, lakin əgər musiqi dinləmək insanı Allahdan uzaqlaşdırmazsa və insana zərər verməzsə, o zaman qəbul edilə biləcəyini söyləyib. Həmçinin musiqinin haram olmasından daha çox musiqinin insanın dini həyatına mənfi təsir etməməsi məsələsinə diqqət yetirilir.

Yuxarıda qeyd etdiyimiz kimi, İslamda musiqinin qəbul edilib-edilməməsi barədə müxtəlif baxışlar mövcuddur. Həm qədim, həm də müasir dövrdə bir çox alimlər bu mövzuda müxtəlif fikirlər irəli sürüblər. Musiqinin qadağan edilməsi fikri əsasən İslamın bəzi konservativ təfsirçiləri tərəfindən müdafiə edilsə də, musiqinin müəyyən şərtlərlə qəbul edilə biləcəyini deyən alimlər də var.

Hənbəli məzhəbinin qurucusu olan Əhməd ibn Hənbəl isə musiqi barədə çox sərt mövqe tutanlardan olub. Onun mövqeyi yalnız musiqinin haram olmasına deyil, həm də musiqi ilə bağlı çox sərt şərtlər qoyulmasına aiddir. Lakin Əhməd ibn Hənbəl bu məsələyə fərqli yanaşmaların olması mövzusunda daha çox fərqli təfsirlər və halların olduğunu vurğulayıb.

Müsəlman mütəfəkkirlərindən biri olaraq tanınan Fəzl ibn İyad isə musiqi ilə bağlı müəyyən açıq fikir sərgiləyib. O, musiqinin ifasının haram olmadığını, amma bu sənətə həddindən artıq meyl etməyin insanı Allahdan uzaqlaşdıracağından narahat olduğunu qeyd edib. Musiqini haram saymayan alimlər arasında İmam Qəzalini də göstərmək olar. İmam Qəzali musiqini bütövlükdə haram saymasa da, onun insanı Allahdan uzaqlaşdıran və zamanla mənəvi dəyərləri zəiflədən bir vasitə olması fikrini irəli sürüb. Bu səbəbdən, İmam Qəzali musiqinin istifadəsinin mütləq şəkildə zərərli olmadığı, amma təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib. Bu da bəzi musiqilərin insanda mənfi emosiyalar və düşüncələr yarada bilməsi barədə təhlükələrin əsas gətirilməsi ilə bağlı olub.

Göründüyü kimi, alimlərdən bəziləri musiqinin müəyyən şərtlərlə qəbul edilə biləcəyi fikrini müdafiə edib, bəziləri isə onun daha çox mənfi təsir göstərdiyini düşünərək təmkinli yanaşıb. Bu alimlərin yanaşmasında daha çox şəxsi təcrübələr və dövrün mədəniyyəti də öz təsirini göstərib. İslamda musiqinin məqbul olub-olmaması məsələsi bir çox fərqli fikirlərin olduğu bir mövzudur və bu barədə yekdil bir fikrin olduğu iddiası ilə kimsə mülahizə yürüdə bilməz.

Sonda ortaya atılan mövzuya münasibətdə özünü göstərən psixoloji və etik cəhətlərə diqqət çəkmək istəyirəm. İslam dini fərqli fikirlərə hörmətlə yanaşan, plüralizmin cəmiyyətin inkişafında müsbət rol oynayacağını müdafiə və təşviq edən mütərəqqi dindir. Elə buna görə də Qurani-Kərim fərqlilikləri bəyan etdiyi üçün Furqan olaraq da təqdim edilir. Dinimiz fərqlilikləri müqayisəli şəkildə ortaya qoyur, nəyin xeyirli, nəyin şər olduğunu açıqlayır. Başqa sözlə, İslamın bir məsələyə münasibətinin necə olmasına diqqət etsək, görəcəyik ki, dinimiz insanı Allahdan uzaqlaşdıra biləcək bütün əməllərin məqbul olmadığını öyrədir. Bu səbəbdən hansısa fikri ortaya atanda insanın öz düşüncəsi və istinad etdiyi mənbələrin irəli sürdüklərindən asılı olmayaraq, bu fikrin cəmiyyət üzvlərini aşağılamaq, təhqir etmək kimi meyllər üzərində qurulmasından qaçmaq lazımdır. Çünki cəmiyyət bir çox hallarda insanların davranış və fikirlərini əsas gətirib, İslam dini haqqında fikir və iddialar irəli sürür. Bu zaman da düşünmədən deyilən söz dini hədəfə alır.

Bu fikirlərin əleyhinə olanlar isə sözü deyənin şəxsiyyətini və mənsub olduğu dini təhqir etməkdən çəkinməlidir. Hz.Əlinin (ə) buyurduğu “İnsanın şəxsiyyəti haqq ilə batilin meyarı ola bilməz. Haqq ilə batilin meyarı insanın əməlləridir”, fikrinə istinad etsək, diskussiyalarda etik çərçivədən kənara çıxmağın yolverilməz olduğunu tövsiyə edirik. Çünki doğru fikir təhqir və nalayiq davranışlarla ortaya çıxa bilməz, onun tapılmasında ən düzgün yanaşma ədəb çərçivəsini aşmayan, dəlillər üzərində qurulan müzakirələrdir”.

Əvvəlki Yazı

Bakıya uçan təyyarələr Gəncəyə etdilər

Növbəti Yazı

Ali Məhkəmə Mühüm qərar verdi

XƏBƏR LENTİ

Bakı forumu qlobal həmrəyliyin müzakirə olunduğu mühüm beynəlxalq platforma kimi tarixə düşdü – AÇIQLAMA

Bakı forumu qlobal həmrəyliyin müzakirə olunduğu mühüm beynəlxalq platforma kimi tarixə düşdü – AÇIQLAMA

23 May 2026 / 14:50
27
Fərqlilik içində birlik: Dini və mədəni müxtəlifliyin sosial sabitliyə təsiri – TƏHLİL

Fərqlilik içində birlik: Dini və mədəni müxtəlifliyin sosial sabitliyə təsiri – TƏHLİL

23 May 2026 / 12:56
26
Vüqar Dadaşov:”Niyə Putin üçün Ukraynada məğlubiyyətdən Ermənistanda seçki məğlubiyyəti daha təhlükəlidir?”

Vüqar Dadaşov:”Niyə Putin üçün Ukraynada məğlubiyyətdən Ermənistanda seçki məğlubiyyəti daha təhlükəlidir?”

23 May 2026 / 9:47
128
“Mütaliədən natiqliyə aparan yol” adlı tədbir keçirilib-Fotolar

“Mütaliədən natiqliyə aparan yol” adlı tədbir keçirilib-Fotolar

22 May 2026 / 14:25
66
“Bir Kətan, Min Mədəniyyət” adlı beynəlxalq onlayn sərgi keçirildi – FOTO

“Bir Kətan, Min Mədəniyyət” adlı beynəlxalq onlayn sərgi keçirildi – FOTO

21 May 2026 / 20:44
61
Süni intellekt və kitab sevgisi: Uşaq Kitabxanasından innovativ layihə

Süni intellekt və kitab sevgisi: Uşaq Kitabxanasından innovativ layihə

20 May 2026 / 17:25
93
Azərbaycanda tolerantlıq siyasəti: Yerli icmaların rolu və çağırışlar – TƏHLİL

Azərbaycanda tolerantlıq siyasəti: Yerli icmaların rolu və çağırışlar – TƏHLİL

20 May 2026 / 13:00
66
Ümummilli Lider anadan olmasının 103-cü ildönümü ilə bağlı virtual sərgi hazırlanıb

Ümummilli Lider anadan olmasının 103-cü ildönümü ilə bağlı virtual sərgi hazırlanıb

18 May 2026 / 21:32
107
 Respublika Uşaq Kitabxanasının əməkdaşları Beynəlxalq Muzeylər Günü münasibətilə paytaxtın aparıcı muzeylərini ziyarət ediblər-Fotolar

 Respublika Uşaq Kitabxanasının əməkdaşları Beynəlxalq Muzeylər Günü münasibətilə paytaxtın aparıcı muzeylərini ziyarət ediblər-Fotolar

18 May 2026 / 21:27
149
Azərbaycan modeli: Sosial harmoniya və birgəyaşayış təcrübəsi

Azərbaycan modeli: Sosial harmoniya və birgəyaşayış təcrübəsi

18 May 2026 / 18:48
81
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib

“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib

18 May 2026 / 11:47
82
2026 UEFA Avropa Liqasının finalı zamanı İstanbulu kəşf edin – FOTOLAR

2026 UEFA Avropa Liqasının finalı zamanı İstanbulu kəşf edin – FOTOLAR

18 May 2026 / 11:34
83
Hans Xristian Andersen Mükafatının Münsiflər Heyətinin prezidenti Respublika Uşaq Kitabxanasında olub

Hans Xristian Andersen Mükafatının Münsiflər Heyətinin prezidenti Respublika Uşaq Kitabxanasında olub

15 May 2026 / 19:20
117
Şirvan Dövlət İqtisadiyyat Kollecinin bir qrup tələbələri Respublika Uşaq Kitabxanasında olub-Fotolar

Şirvan Dövlət İqtisadiyyat Kollecinin bir qrup tələbələri Respublika Uşaq Kitabxanasında olub-Fotolar

15 May 2026 / 19:15
123
Mədəniyyətlər arasında sənət körpüsü: “Misir Azərbaycan Rəssamlarının Gözü ilə” sərgisi keçirilib – FOTOLAR

Mədəniyyətlər arasında sənət körpüsü: “Misir Azərbaycan Rəssamlarının Gözü ilə” sərgisi keçirilib – FOTOLAR

14 May 2026 / 23:33
136
Şahbaz Şərif Fərid Əhmədovu qəbul etdi

Şahbaz Şərif Fərid Əhmədovu qəbul etdi

14 May 2026 / 17:08
105
Rusiyali Biznesmen Bakıda gizlənmiş

Rusiyali Biznesmen Bakıda gizlənmiş

14 May 2026 / 11:08
98
Ağakərim Səmədzadə nazirin I müavini oldu

Ağakərim Səmədzadə nazirin I müavini oldu

14 May 2026 / 10:47
99
Andrey Yermak həbs olundu – FOTO

Andrey Yermak həbs olundu – FOTO

14 May 2026 / 10:38
107
Bayramı öncəsi heyvan bazarında QİYMƏTLƏR

Bayramı öncəsi heyvan bazarında QİYMƏTLƏR

14 May 2026 / 9:52
100
Kəndlərimiz boşalır, yaşlılarımız tənha qalır… – Rafiq Daşdəmirli

Kəndlərimiz boşalır, yaşlılarımız tənha qalır… – Rafiq Daşdəmirli

13 May 2026 / 12:11
156
Türkiyə və Ermənistan birbaşa ticarətə hazırlaşır

Türkiyə və Ermənistan birbaşa ticarətə hazırlaşır

13 May 2026 / 11:37
117
Zakir Həsənov Slovakiyada beynəlxalq müdafiə sərgisində iştirak etdi -Fotolar

Zakir Həsənov Slovakiyada beynəlxalq müdafiə sərgisində iştirak etdi -Fotolar

13 May 2026 / 11:29
121
Avropa liderləri İlham Əliyevdən nümunə götürür

Avropa liderləri İlham Əliyevdən nümunə götürür

13 May 2026 / 11:12
100
Bayrama görə pensiyalar tez veriləcək? – RƏSMİ

Bayrama görə pensiyalar tez veriləcək? – RƏSMİ

13 May 2026 / 11:02
116
Ermənistanla sərhəd açırlır? – Türkiyə XİN-dən mühüm AÇIQLAMA

Ermənistanla sərhəd açırlır? – Türkiyə XİN-dən mühüm AÇIQLAMA

13 May 2026 / 10:43
101
QHT regionlarda heyvandarlıq təsərrüfatlarının problemlərini öyrənəcək

QHT regionlarda heyvandarlıq təsərrüfatlarının problemlərini öyrənəcək

13 May 2026 / 10:07
107
QHT tolerantlıq və multikulturalizm mövzusunda yeni layihəyə start verib

QHT tolerantlıq və multikulturalizm mövzusunda yeni layihəyə start verib

13 May 2026 / 10:04
97
Bakıda “InVision Design Talks BAKU 2026” keçirilib – FOTOLAR

Bakıda “InVision Design Talks BAKU 2026” keçirilib – FOTOLAR

12 May 2026 / 11:03
108
“Bayquş və qarovulçu” – Hekayə

Sadə dildə dərin fəlsəfə: İmamverdi İsmayılovun “LABİRİNT” əsərinə ədəbi baxış

11 May 2026 / 17:55
109
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.