Araşdırma

Sumqayıtda Avtomobildə yanaraq ölən şəxsin kimliyi məlum oldu

13 Yanvar 2025, 10:2463
Reklam728x90
Reklam320x100

Xəbər verdiyimiz kimi, yanvarın 12-nə keçən gecə Sumqayıtın Kimyaçılar qəsəbəsində avtomobildən yanmış kişi meyiti tapılıb.

Avropa .info xəbər verir ki, aparılan araşdırmalarla “Kia Sorento” markalı avtomobildə meyiti tapılan şəxsin 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənli olduğu müəyyən edilib.

Avtomobilin sahibi həmin şəxsi əvvəldən tanımadığını bildirib.

O, həmçinin qeyd edib ki, avtomobilini evin qarşısında saxlayıb və gecə yanğın xəbərinə küçəyə çıxıb. Bu zaman maşının salon hissəsində yanğın baş verdiyini görüb.

Ölən şəxsin cinayət qurbanı olması və ya özünün hər hansı başqa niyyətlə maşına daxil olması nəticəsində ölməsi versiyaları araşdırılır.

Hazırda prokurorluq tərəfindən zəruri ekspertizalar təyin edilib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600