Dünya

“Qazprom” şirkəti Avropaya qaz nəqlini dayandırıb

1 Yanvar 2025, 10:1710
Reklam728x90
Reklam320x100

“Qazprom” şirkəti Ukrayna vasitəsilə Avropaya qaz nəqlini dayandırıb.

Avropa.info xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Buna səbəb kimi, Ukrayna tərəfinin Rusiya qazının öz ərazisindən Avropaya tranzitinə dair sazişin müddətini uzatmaqdan imtina etməsi göstərilib.

“Holdinq Ukrayna vasitəsilə resursları tədarük etmək üçün texniki və hüquqi imkanlardan məhrumdur və bu səbəbdən 1 yanvar Moskva vaxtı ilə saat 08:00-dən etibarən Rusiya qazının nəqli dayandırılıb”, – deyə şirkətin açıqlamasında bildirilib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600