Gündəm

Həlak olan pilotun qızından duyğusal paylaşım – Foto

27 Dekabr 2024, 21:5725
Reklam728x90
Reklam320x100

AZAL-a məxsus Bakı-Qroznı reysi üzrə sərnişin təyyarəsinin faciəsində həlak olan pilotlardan biri, İqor Kşnyakinin qızı atası ilə bağlı duyğusal paylaşım edib.

Avropa.info həmin paylaşımı təqdim edir:

“Ata, sən mənim qəhrəmanımsan, həmişə ürəyimdə qalacaqsan. Onlarla insanın həyatını xilas etmək üçün əlindən gələni etdin, öz həyatını qurban verdin. Sən mənim üçün çox güclüsən. Həmişə fəxr edəcəm ki, mənim belə bir atam olub. Çox şən idin, həmişə bizim üçün hər şeyi edirdin, xoşbəxt olmağımızı istəyirdin. ATALARIN ƏN YAXŞISI! Məkanın cənnətdir, inşallah. Allah rəhmət eləsin”.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Rusiya indiyə qədər Azərbaycandan üzr istəməyib və təyyarənin enişinə icazə verməyən şəxsləri məsuliyyətə cəlb etməyib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600