Kriminal

Prokuror Teymur Kərimova 9 il həbs istədi

23 Dekabr 2024, 15:3512
Reklam728x90
Reklam320x100

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan Kanal-11 internet televiziyasının rəhbəri Teymur Kərimov və İstək Totiyevanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Avropa.info- nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror müttəhimlərin verilmiş ittihamla təqsirli bilinmələrini – Teymur Kərimovun 9 il, İstək Totiyevanın isə 3 il müddətə azadlıqdan məhrum edilməsini, sonuncunun məhkəmə zalındaca həbsini tələb edib.

Xatırladaq ki, istintaqın gedişində iş üzrə İstək Totiyeva da cinayət məsuliyyətinə cəlb edilib. Totiyeva kanal rəhbəri Kərimovla əlbir olaraq eyni cinayəti törətməkdə təqsirləndirilir

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600