Dünya

Prezident Xavyer Milei Argentinanin nüvə planını açıqlayıb

22 Dekabr 2024, 12:559
Reklam728x90
Reklam320x100

Argentina Prezidenti Xavyer Milei ölkənin enerji siyasətində yeni dövr açacaq “Argentina nüvə planı”nı açıqlayıb. Yeni plan ölkənin yerli texnologiyası ilə hazırlanacaq və Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA/OIEA) dəstəyi ilə həyata keçiriləcək.

Avropa.info bu barədə Argentina mətbuatında yer alan məlumatlara istinadla xəbər verir.

Xəbərdə qeyd olunur ki, hökumət nüvə enerjisi potensialını artırmağı və ölkənin bu sahədə müstəqil texnoloji imkanlarını gücləndirməyi qarşısına məqsəd qoyub. Bundan əlavə, plan enerji təhlükəsizliyini təmin etmək və nüvə texnologiyasından beynəlxalq standartlara uyğun olaraq tamamilə dinc şəkildə istifadə etmək məqsədi daşıyır.

Planın təfərrüatları haqqında danışan Prezident Mileinin baş müşaviri və layihə rəhbəri Demian Reidal, iddialı bir təklif irəli sürdüklərini ifadə edərək, onilliklər boyu davam edən tənəzzüldən sonra nüvə enerjisi qalibiyyətlə geri dönəcəklərini bəyan edib.

Argentinalı nüvə mühəndislərinin prosesin mərkəzində olacağını vurğulayan Reidal bildirib ki, bu addım nüvə enerjisinin Argentinanın və dünyanın enerji gələcəyinin təməl daşlarından biri olacağını simvolizə edən iddialı bir plandır.

Xatırladaq ki, hazırda Argentinada üç aktiv atom elektrik stansiyası mövcuddur

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600