06 - 06 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Ölkə

Milli Məclisdə həqiqi hərbi xidmətə çağırış məsələsi qüvvəyə mindi

Dekabr 17, 2024
Ölkə
A A

 

Parlament baş nazirin iştirakı ilə 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi; büdcəyə 40 milyon manat artım edildi; hökumət başçısından əhaliyə müjdəli açıqlamalar

Avropa.info xəbər verir ki,16 dekabrda Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi keçirildi. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən müzakirələrdə baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edirdi.

İqtisad siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov büdcə layihəsi barədə məlumat verdi. Bildirdi ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat xərcləri isə 41 milyard 407,6 milyon manat təşkil edəcək. Komitə sədri qeyd etdi ki, İqtisad siyasət, sənaye və sahibkarlıq komitəsi büdcə sənədini məqbul hesab edir. “Bu büdcənin arxasında həm də milli maraqlara söykənən siyasət dayanır”, – A.Əmiraslanov bildirdi.

“2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edən maliyyə naziri Samir Şərifov sənədə edilən dəyişikliklərdən danışdı. Nazir bildirdi ki, Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə daha 40 milyon manat artırılıb. S.Şərifov qeyd etdi ki, gələn il büdcə gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çoxdur), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2% artım) olacağı gözlənilir. Maliyyə nazirinin sözlərinə görə, artım büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarını və ona müvafiq olaraq büdcədənkənar xərclərini 40 milyon manat artırılması hesabınadır: “Son nəticədə büdcədə əvvəl elan edildiyi kimi, 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır. Təklif olunan dəyişikliklər qəbul edildiyi təqdirdə 2025-ci il üçün həm dövlət, həm də icmal büdcələrinin gəlir və xərcləri bərabər olaraq 40 milyon manat artır, yəni dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat, icmal büdcənin gəlirləri 43 milyard 950 milyon 500 min manat, xərcləri 47 milyard 629 milyon 400 min manat təşkil edəcək”.

Milli Məclis hansı hallarda buraxılır? - Oxu.az

Maliyyə naziri qeyd etdi ki, Azərbaycanda əlavə gəlir potensialının səfərbər edilməsi yolu ilə bir sıra publik hüquqi şəxslərə xərclərini dövlət büdcəsi hesabına deyil, daha çox öz gəlirləri hesabına təmin etmək tövsiyə edilib: “Bunun nəticəsi olaraq, təqribən 159 milyon manat vəsaitin bu təyinat üzrə sərbəstləşdirilməsi və tam həcmdə ölkəmizin müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi ilə bağlı tədbirlərin əlavə maliyyə təminatına yönəltmək. Bununla müdafiə və milli təhlükəsizlik xərclərinin dövlət büdcəsindəki ümumi məbləği 8 milyard 555 milyon manata çatdırılır”.

Nazir bildirdi ki, ölkə Prezidentinin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsaitin 1 milyon manat artırılması nəzərdə tutulub. S.Şərifovun sözlərinə görə, bu da əvvəl nəzərdə tutulan vəsaitdən 20 faiz artıqdır.

Dövlət büdcəsi haqqında qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiqləndi.

Müzakirələrin yekununda çıxış edən baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı səslənən təkliflərə münasibət bildirdi. Ümumtəhsil məktəblərinin vəziyyəti ilə bağlı danışan hökumət başçısı dedi ki, hazırda 473 məktəbin əsaslı təmirinə ehtiyac var: “Bu, ölkədəki bütün məktəblərin 10%-ni təşkil edir. Bunlardan 123 məktəbdə təmir-tikinti işlərinin gələn ildə aparılması nəzərdə tutulub. Eyni zamanda bu işlər mərhələli şəkildə davam etdiriləcək və 2028-ci ilədək tamamlanması planlaşdırılır”.

Baş nazir yol infrastrukturunun tikintisi barədə görülən işlərdən danışdı. Hökumət başçısı bildirdi ki, 2021-ci ildən indiyədək ölkəmizdə 2700 km-dən çox avtomobil yolu yenidən qurulub və təmir olunub. Bunun da 1400 km yol yerli əhəmiyyətli yollardır. İşğaldan azad olunmuş 1275 km-lik yerli əhəmiyyətli yol çəkilib, ümumilikdə 45 layihə icra olunub.

Baş nazir su təsərrüfatında yaranmış problemlərin həllinin hökumət qarşısında duran ən ciddi məsələlərdən biri olduğunu söylədi. Bildirdi ki, 2024-2040-cı illəri əhatə edən tədbirlər nəzərdə tutulur. Hökumət rəhbərinin sözlərinə görə, fermerlərin suvarma suyu ilə təmin edilməsi məqsədilə 2025-ci ildə büdcədən 546 milyon manat ayrılacaq.

Hökumət başçısı deputatların qaldırdığı məsələlərə reaksiyasında bir sıra önəmli məsələlərə toxundu: “Təbii olaraq büdcədən gözləntilər hər zaman çoxdur və yüksəkdir. Lakin qaldırılan məsələlər bir il ərzində həll edilə bilməz. Büdcə bizim imkanlarımızı əks etdirir”.

Ə.Əsədovun sözlərinə görə, ölkə ərazisində qazlaşmanın səviyyəsi 96,6 faizdir. Hökumət rəhbəri dedi ki, bu göstəriciyə görə ölkəmiz MDB ölkələrini və qonşu ölkələri qabaqlayır. 3,4 faiz abonentin evlərinin qazlaşması üçün müvafiq qurumlarla işlər görülür. Eyni zamanda işğaldan azad edilmiş ərazilərin qazlaşması həyata keçirilir. Bundan əlavə, Naxçıvanda qazlaşmanın 100 faiz həyata keçirildiyini vurğulayan baş nazir qeyd etdi ki, Prezident İlham Əliyevin tapşırığı ilə Naxçıvana Türkiyədən ikinci qaz xəttinin çəkilişi də həyata keçirilib.

Daha sonra parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif edilən dəyişiklikləri təqdim etdi. Komitə rəhbəri öncə bildirdi ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin göstərişinə əsasən, hərbi sahədə aparılan islahatlar xalqımız tərəfindən alqışlanır və bu mühüm sahəyə olan diqqətin təzahürü kimi qiymətləndirilir: “Bu islahatlar arasında ən mühüm məsələlərdən biri də həqiqi hərbi xidmətə çağırış məsələsidir. Bu istiqamətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin apardığı işlər də təqdirəlayiq hal kimi dəyərləndirilir. 44 günlük müharibədə qalibiyyətimizdən sonra hərbi çağırışla bağlı bir sıra qanunlarda dəyişiliklər  nəzərdə tutulub və bu gün birinci oxunuşa təqdim olunur”. A.Nağıyev ardınca bildirdi ki, qanun layihəsi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması, habelə hərbi xidmətə çağırışla bağlı müvafiq müddəaların dəqiqləşdirilməsi məqsədilə hazırlanıb: “Layihəyə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna “tibbi şəhadətləndirilmə”, “elektron kabinet” və “çağırış vərəqəsi” anlayışları əlavə edilir. Təklif olunan dəyişikliklərdə vətəndaşların hərbi vəzifələrinin icrası ilə bağlı xidmətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçirilməsi və hərbi vəzifələrinin icrası ilə əlaqədar vətəndaşlar tərəfindən elektron kabinetlərin yaradılması nəzərdə tutulur. Layihəyə əsasən, çağırışaqədər yaş həddində olan vətənda?lara və çağırışçılara çağırış vərəqələri elektron formada vətəndaşın elektron kabinetinde yerləşdiriləcək və bu barədə SMS məlumat çatdırılacaqdır. Layihədə aidiyyəti dövlət orqanları arasında tibbi müayinənin nəticələrinin elektron əldə edilməsi, əlilliyi müəyyən olunmuş çağırışçıların tibbi müayinəsinə dair müvafiq qərarın onların əyani formada tibbi müayinəsi aparılmadan çağırışçıya dair elektron informasiya sistemində mövcud olan məlumatlar əsasında qəbul edilməsi, müvafiq dövlət orqanlarının sistemlərinin qarşılıqlı inteqrasiyası ilə bağlı müddəalar əks olunub”.

Komitə sədri qeyd etdi ki, bundan başqa, layihədə müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan son yaş həddinin 35-dən 30 yaşa endirilməsi təklif olunur: “Eyni zamanda layihədə ilkin hərbi qeydiyyatın müddəti, habelə təşkilatlar tərəfindən ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi müddəti uzadılır. Çağırışçılar barəsində çağırış komissiyaları tərəfindən qəbul edilmiş qərarlar onlara 10 gün müddətində deyil, 3 gün müddətində bildiriləcək. Layihədə müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşların tibbi müayinədən keçməsi müddəti çağırışa 2 ay qalmış müddətdə müəyyən olunur”.

A.Nağıyevin sözlərinə görə, yuxarıda qeyd olunanlarla yanaşı, layihədə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılan vətəndaşların dairəsi müəyyən olunur və təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi ilə bağlı maddə yeni redaksiyada verilməklə dəqiq tənzimləmə qanunda əks olunur: “Belə ki, bakalavriatda və magistraturada əyani təhsil alan tələbələrə çağırışa möhlət onların müvafiq olaraq 24 və 26 yaşı tam olanadək veriləcək. Dövlət proqramları və tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılar istisna təşkil edəcək. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna təklif edilən digər dəyişikliyə əsasən səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yerləşdiriləcək və həmin məlumat vətəndaşın tanış olması üçün Elektron Hökumət İnformasiyə Sisteminə göndəriləcək. Cinayət Məcəlləsinin 321-ci maddəsinə əlavə edilməsi təklif olunan qeyd hissəsində ”çağırışdan boyunqaçırma” əməlinin nədən ibarət olması dəqiq müəyyən olunur. Belə ki, “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür”.

Komitə sədri dedi ki, buna uyğun olaraq Miqrasiya Məcəlləsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hallarına yeni halın əlavə edilməsi təklif olunur. İnzibati Xətalar Məcəlləsində çağırışçılar və hərbi vəzifəlilər haqqinda aidiyyəti orqanlar tərəfindən məlumatların vaxtında verilməməsinə görə inzibati məsuliyyəti müəyyən edən maddənin dispozisiyası dəqiqləşdilir və bu inzibati xətaya görə məsuliyyət sərtləşdirilir.

Digər qanunlara dəyişikliklər isə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda mövcud olan müddəalardan və bu layihə ilə təklif edilən dəyişikliklərdən irəli gəlir.

Qanun layihəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi  və Milli Məclisin müvafiq şöbəsinin iştirakı ilə müzakirə edilib və yekdilliklə birinci oxunuşda  plenar iclasa tövsiyə edilib.

A.Nağıyev sonda bunları bildirdi: “Komitə iclasındakı müzakirələrdən sonra sosial şəbəkələrdə  və KİV-lərdə olan materiallardan da görünür ki, dəyişikliklər müsbət hal kimi dəyərləndirilir və Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin göstərişinə əsasən hərbi sahədə aparılan islahatlar alqışlanır

Əvvəlki Yazı

Polis Yaxta kirayəsi adı ilə vətəndaşları aldadan şəxsləri saxlayıb

Növbəti Yazı

İqor Kirillov təkcə Ukraynanın deyil, NATO və Vaşinqtonun da hədəfində ola bilərdi

XƏBƏR LENTİ

Yapon şirkəti ikinci Ay missiyası zamanı problemlə üzləşdikdən sonra kosmik gəmi ilə əlaqəni kəsib

Yapon şirkəti ikinci Ay missiyası zamanı problemlə üzləşdikdən sonra kosmik gəmi ilə əlaqəni kəsib

06 İyun 2025 / 6:40
17
Tramp Körfəz ölkələrindən 3 trilyon dollardan çox investisiya və silah sövdələşməsi ilə qayıdır

Tramp 3 ölkədən rədd cavabı aldi

06 İyun 2025 / 6:17
23
Livan prezidenti Aun: İsrailin Beyruta hücumları beynəlxalq razılaşmaların açıq şəkildə pozulmasıdır

Livan prezidenti Aun: İsrailin Beyruta hücumları beynəlxalq razılaşmaların açıq şəkildə pozulmasıdır

06 İyun 2025 / 6:08
65
Dövlət dilimiz TƏHLÜKƏDƏ: Lövhələrdə və vitrinlərdə Azərbaycan dili haradadır?

Dövlət dilimiz TƏHLÜKƏDƏ: Lövhələrdə və vitrinlərdə Azərbaycan dili haradadır?

05 İyun 2025 / 19:57
56
Çində 10 yaşlı yapon uşağı bıçaqlayaraq öldürən təcavüzkar edam edilib

Ağdamda müəllimə bıçaq xəsarəti yetirilib

05 İyun 2025 / 19:17
34
İstanbul hava limanlarında Qurban bayramı izdihamı

İstanbul hava limanlarında Qurban bayramı izdihamı

05 İyun 2025 / 16:48
16
Naftalanda “İnsan Hüquqları” mövzusunda tədbir keçirilib -Fotolar

Naftalanda “İnsan Hüquqları” mövzusunda tədbir keçirilib -Fotolar

05 İyun 2025 / 16:24
56
Türkiyə BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib

Türkiyə BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib

05 İyun 2025 / 15:04
27
İctimai təhqiqat Böyük Britaniyanın İsrailin Qəzza soyqırımında iştirakını araşdırmağa çağırıb

İctimai təhqiqat Böyük Britaniyanın İsrailin Qəzza soyqırımında iştirakını araşdırmağa çağırıb

05 İyun 2025 / 14:59
25
İsrail ordusunun Qəzzada soyqırım törətməsi nəticəsində daha üç jurnalist həlak olub

İsrail ordusunun Qəzzada soyqırım törətməsi nəticəsində daha üç jurnalist həlak olub

05 İyun 2025 / 14:56
24
Prezident Ərdoğan Malayziyanın baş naziri İbrahimlə görüşüb

Prezident Ərdoğan Malayziyanın baş naziri İbrahimlə görüşüb

05 İyun 2025 / 14:50
54
Şəkidə ər arvadını qətlə yetirib

Şəkidə ər arvadını qətlə yetirib

05 İyun 2025 / 14:44
52
Prezident İlham Əliyev: Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

05 İyun 2025 / 14:18
126
Gədəbəydə olan hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə bəyanat yayıb

Gədəbəydə olan hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə bəyanat yayıb

05 İyun 2025 / 14:05
66
Fransada həbsxanalara qaçaq yolla gətirilən telefonların toplanması üçün əməliyyat başladıldı

Balakən rayonunda ana və iki oğlu həbs edildi

05 İyun 2025 / 13:24
38
5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar materiallar hazırlanıb-foto

5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar materiallar hazırlanıb-foto

05 İyun 2025 / 13:16
114
HİV-in müalicəsində tarixi addım: Virus hüceyrə daxilində görünməyə başladı

HİV-in müalicəsində tarixi addım: Virus hüceyrə daxilində görünməyə başladı

05 İyun 2025 / 11:00
69
Osman Gündüz: “Azercell, nəhayət, yeni tarif sistemindəki real vəziyyəti açıqladı”

Osman Gündüz: “Azercell, nəhayət, yeni tarif sistemindəki real vəziyyəti açıqladı”

05 İyun 2025 / 10:57
3
Zelenskidən Putini qəzəbləndirəcək REAKSİYA: “Moskva bunun bədəlini ödəyəcək”

Zelenskidən Putini qəzəbləndirəcək REAKSİYA: “Moskva bunun bədəlini ödəyəcək”

05 İyun 2025 / 10:44
2
Prezident Ərdoğanın ‘Dünya Ətraf Mühit Günü’ mesajı

Prezident Ərdoğanın ‘Dünya Ətraf Mühit Günü’ mesajı

05 İyun 2025 / 10:38
46
Baş Nazir Əli Əsədov Düşənbədə mühüm görüşdə iştirak edir-fotolar

Baş Nazir Əli Əsədov Düşənbədə mühüm görüşdə iştirak edir-fotolar

05 İyun 2025 / 10:22
56
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

05 İyun 2025 / 10:14
29
Nazir Kəmaləddin Heydərov əmr imzaladı

Nazir Kəmaləddin Heydərov əmr imzaladı

05 İyun 2025 / 9:57
97
Zəmzəmcayda suyun səviyyəsinin  qalxmasi müşahidə olunur

Zəmzəmcayda suyun səviyyəsinin qalxmasi müşahidə olunur

05 İyun 2025 / 9:45
52
Mitinqdəki sözləri başına iş açdı – Özgür Özəl barəsində istintaq başladıldı

Mitinqdəki sözləri başına iş açdı – Özgür Özəl barəsində istintaq başladıldı

05 İyun 2025 / 9:35
1
Liviya koalisyon hökuməti silahlı ünsürlərdən təmizlənməsi barədə razılığa gəliblər

Liviya koalisyon hökuməti silahlı ünsürlərdən təmizlənməsi barədə razılığa gəliblər

05 İyun 2025 / 9:25
39
Kolumbiya Universiteti ‘antisemitizm’ iddialarına görə akkreditasiya qadağası ilə üzləşir

Kolumbiya Universiteti ‘antisemitizm’ iddialarına görə akkreditasiya qadağası ilə üzləşir

05 İyun 2025 / 9:13
47
 İsrail ordusu Qəzzanın şimalındakı fələstinlilərin qərbə doğru qovulmasını əmr edir

 İsrail ordusu Qəzzanın şimalından cənubuna sıxışdırdığı fələstinlilərin evlərinə qayıtmasına icazə vermir

05 İyun 2025 / 9:10
58
Meksika ABŞ-ın polad tarifi qərarına reaksiya verib

Meksika ABŞ-ın polad tarifi qərarına reaksiya verib

05 İyun 2025 / 9:06
50
Tramp Körfəz ölkələrindən 3 trilyon dollardan çox investisiya və silah sövdələşməsi ilə qayıdır

Tramp 12 ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan edib

05 İyun 2025 / 8:58
65
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.