Dünya

Zelenski Orbanın təklifini rədd etdi

15 Dekabr 2024, 17:0410
Reklam728x90
Reklam320x100

“Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıq aparmaq istəyib, lakin rədd cavabı alıb”​.

Avropa .info xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

Siyartonun sözlərinə görə, hadisə dekabrın 11-də, Orbanın Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışdığı gün baş verib.

Peter Siyarto Kiyevin hərəkətlərini “diplomatiyada görünməmiş jest” adlandırıb. Macarıstan Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, o, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa və Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermakı iki ölkə liderləri arasında söhbətin mümkünlüyü barədə xəbərdar edib. Ancaq hər ikisi imtina etdi

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600