Dünya

Səkkiz ərəb ölkəsinin XİN başçıları Suriyada döyüş əməliyyatlarının dayandırılmasına çağırış ediblər

14 Dekabr 2024, 20:0317
Reklam728x90
Reklam320x100

Səkkiz ərəb ölkəsinin (Bəhreyn, Misir, İordaniya, İraq, Qətər, Livan, BƏƏ, Səudiyyə Ərəbistanı) xarici işlər nazirləri Suriya ərazisində bütün döyüş əməliyyatlarının dayandırılmasına çağırış ediblər.

Avropa.info-nun TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İordaniyanın Əqəbə şəhərində keçirilən görüşün yekunlarına dair bəyanatda deyilir.

İordaniyanın Xarici İşlər Nazirliyinin dərc etdiyi sənəddə nazirlər Suriyada bütün döyüş əməliyyatlarının dərhal dayandırılmasının vacibliyini təsdiq ediblər.

Nazirlər həmçinin respublikada xaosun qarşısının alınması üçün Suriyanın dövlət institutlarının qorunub saxlanılmasına çağırış ediblər.

XİN başçıları Suriyanın təhlükəsizliyinə təhdid yaradan terrorizmə qarşı mübarizəyə sadiq qaldıqlarını təsdiq ediblər

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600