Hadisə

Suraxanıda azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb -Video

10 Dekabr 2024, 17:417
Reklam728x90
Reklam320x100

Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Avropa . info xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onbeşmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2022-ci il təvəllüdlü azyaşlını xilas edərək valideynlərinə təhvil veriblər.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600