Dünya

“O, barışmaq istəyir. Bu yeni bir şeydir. O, atəşkəs istəyir. O, sülh istəyir”-Tramp

9 Dekabr 2024, 11:187
Reklam728x90
Reklam320x100

Vladimir Zelenski etiraf etməyə başladı ki, Ukraynanın Rusiya ilə danışıqlara başlamasının vaxtı çatıb.

 

Avropa.info xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Parisdə Zelenski ilə görüşündən sonra deyib.

“O, barışmaq istəyir. Bu yeni bir şeydir. O, atəşkəs istəyir. O, sülh istəyir. O hesab edir ki, artıq barışıq üçün danışıqlara çağırış etməyin vaxtı çatıb”, – deyə amerikalı siyasətçi “New York Post” qəzetinə müsahibəsində bildirib.

Trampın sözlərinə görə, o, Zelenski ilə atəşkəsin təfərrüatlarını müzakirə etməyib. “O hesab edir ki, artıq barışıq çağırışları etmək və münaqişəni dayandırmağın vaxtı çatıb. Sülh olana qədər heç nə bitməyəcək, insanlar öləcək, dağıntılar və iqtisadi zərərlər artmağa davam edəcək”, – deyə seçilmiş prezident əlavə edib.

Siyasətçi həmçinin deyib ki, o, “gülünc müharibəni” bitirmək üçün “konsepsiya hazırlayır”.

Dekabrın 8-də Zelenski Trampın dərhal atəşkəs çağırışını rədd etdiyini bildirib. Eyni zamanda, o, ABŞ-ın seçilmiş prezidentinin Kiyevin Moskva ilə saziş bağlamağa hazır olması barədə bəyanatını şərh etməkdən imtina edib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600