Dünya

Suriya müxalifləri 8 il sonra Hələbdə bayraq qaldırdı

1 Dekabr 2024, 12:5211
Reklam728x90
Reklam320x100

Suriya müxalifət qüvvələri, Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşmasının rəhbərliyi altında, İdlibdən Hələbə doğru başladığı əməliyyat nəticəsində şəhərin böyük hissəsinə nəzarəti ələ keçirib.

Avropa .info bu barədə “Reuters”ə istinadən xəbər verir.

Əsəd rejiminə qarşı olan bu qüvvələr, Hələb qalası da daxil olmaqla, bir çox strateji məntəqələrdə “Azad Suriya Ordusu”nun bayrağını ucaldıblar.

Bu hadisə müxaliflərin 2016-cı ildə şəhərdən çıxarılmasından sonra ilk dəfə baş verir.

Əməliyyat zamanı müxaliflər Hələb Beynəlxalq Hava Limanı da daxil olmaqla, bir sıra əraziləri nəzarətə götürüblər.

Digər məlumata görə, üsyançılar İdlib əyalətinin Maraat əl-Numan şəhərini ələ keçirərək, bütün bu ərazini öz nəzarətləri altına alıblar.

 

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600