Hadisə

Neftçalada ağır yol-nəqliyyat hadisəsi baş verib -ölən var

23 Noyabr 2024, 12:2217
Reklam728x90
Reklam320x100

Neftçala rayonunda minik avtomobili və motosikletin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Avropa.info xəbər verir ki, hadisə rayonun sənaye məhəlləsinin yaxınlığından keçən Salyan – Neftçala avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Sanqam” markalı avtomobil motosikletlə toqquşub.

Qəza nəticəsində qoşqulu motosikletin sürücüsü, Bankə qəsəbə sakini 1960-cı il təvəllüdlü Mirzəyev Ağasəf Paşa oğlu, eyni qəsəbənin sakinləri olan sərnişinlər – 1986-cı il təvəllüdlü İbrahimova Günel Ağasəf qızı, onun övladları, 2010-cu il təvəllüdlü İbrahimov Natiq Fuad oğlu, 2010-cu il təvəllüdlü İbrahimov Yəhya Fuad oğlu, 2008-ci il təvəllüdlü İbrahimova Ləman Fuad qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanada həkimlərin səyinə baxmayaraq, uşaqların babası olan Ağasəf Mirzəyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600