Dünya

İran Rusiyaya nota göndərdi

23 Noyabr 2024, 11:213
Reklam728x90
Reklam320x100

İran Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Avropa.info xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Kazan şəhərində iki iranlı tələbə polis tərəfindən döyülərək saxlanılıb.

Qeyd olunub ki, Kazan Federal Universitetində vizaların yenilənməsi zamanı tələbələr arasında dava baş verib və hadisə yerinə polis gəlib.

İranlı tələbələrin israrlı davranışları mübahisənin davam etməsinə və tələbələrin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən döyülməsinə səbəb olub ki, nəticədə onlardan ikisi həbs edilib.

İranın Kazandakı Baş Konsulluğu polis tərəfindən iranlı tələbələrə qarşı kobud rəftar və yerli polisin qeyri-peşəkar davranışı ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600