Gündəm

Avtobloqer və şəxsi bloqçu Tural Kərimli: “Ustalar gördükləri işləri sosial şəbəkələrdə paylaşmaqdan çəkinməməlidirlər

14 Noyabr 2026, 15:42213
Reklam728x90
Reklam320x100

 

Sosial şəbəkələrdə şəxsi brendin formalaşdırılması artıq yalnız tanınmış simalar və influencerlərlə məhdudlaşmır. Bu gün müxtəlif peşə sahibləri də öz gündəlik fəaliyyətlərini nümayiş etdirərək insanlarla birbaşa əlaqə qurmaq və etibar qazanmaq imkanı əldə edirlər. Avtobloqer və şəxsi bloqçu Tural Kərimli də bu yanaşmanı dəstəkləyən şəxslərdəndir.

Avropa.info xəbər verir ki, Tural Kərimli öz iş prosesini özü lentə alaraq sosial şəbəkə hesablarında paylaşmağın vacibliyini vurğulayır.

Onun yanaşmasına görə, müştəri yalnız ustanın danışdıqlarını deyil, gördüyü real işi də izləməlidir. Bu isə insanlar arasında güvənin formalaşmasına kömək edir.

Tural Usta kimi tanınan Tural Kərimli hesab edir ki, ustanın hansı servisdə və ya hansı şəraitdə işləməsindən asılı olmayaraq, öz peşə fəaliyyətini təqdim etməsi vacibdir. Müasir dövrdə telefon kamerası ilə çəkilən sadə iş prosesi belə geniş auditoriyanın diqqətini cəlb edə bilər.

Xüsusilə karobka ustaları üçün bu imkanların böyük əhəmiyyət daşıdığını bildirən Tural Karobka ustası görülən təmir işlərinin mərhələli şəkildə nümayiş etdirilməsinin müştərilərə daha aydın təsəvvür yaratdığını düşünür.

Tural Kərimlinin fikrincə, sosial şəbəkələrdə paylaşım etmək üçün xüsusi studiyaya, bahalı kameraya və ya böyük komandaya ehtiyac yoxdur. Əsas məsələ görülən işi olduğu kimi göstərmək, insanlarla səmimi ünsiyyət qurmaq və davamlı olmaqdır.

Avtobloqer Tural Kərimlinin diqqət çəkdiyi məqamlardan biri də budur ki, hər bir usta öz əməyini tanıtmaq üçün sosial medianın imkanlarından istifadə edə bilər. Çünki bu gün peşəkarlığın nümayiş etdirilməsi ilə yanaşı, insanların həmin peşə sahibini tanıması da mühüm rol oynayır.

Tural Ustanın yanaşması bir daha göstərir ki, sosial media artıq yalnız əyləncə vasitəsi deyil, həm də peşəkar fəaliyyətin təqdimatı və şəxsi brendin inkişafı üçün mühüm platformadır.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600