Yaponiyanın Çiba əyalətindəki fermada quş qripi epidemiyası aşkar edildikdən sonra təxminən 40 min toyuqun kəsilməsinə qərar verilib.
Avropa.info “The Japan Times” qəzetinə istinadən xəbər verir ki, əyalət hökumətindən verilən açıqlamada, Çibada toyuq fermasında quş qripi epidemiyasının aşkar edildiyi bildirilib.
Açıqlamada sözügedən təsərrüfatda təxminən 40 min yumurtlayan toyuqun məhv ediləcəyi, müəssisənin 10 kilometr radiusunda yerləşən 49 təsərrüfatda 5 milyon 620 min toyuqun digər bölgələrə köçürülməsinin qadağan ediləcəyi bildirilib.
Əyalət hökuməti, sözügedən fermada ölən toyuqların sayının artdığı xəbərini aldıqdan sonra dünən edilən testdə quş qripi aşkarlandığını və bugünkü genetik testlərin də bu nəticəni dəstəklədiyini açıqladı.




