İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın Bəhreyndə erkən xəbərdarlıq radarının hədəf alınaraq məhv edildiyini açıqlayıb.
Avropa.info xəbər verir ki, İnqilab Keşikçiləri Ordusundan verilən 22 nömrəli açıqlamada, ötən gecə düşmən ünsürlərinin Hormozqan vilayətinin Sirik şəhərindəki rabitə qülləsinə həyata keçirdiyi hava hücumuna cavab olaraq, İnqilab Keşikçiləri Ordusu Hava Qüvvələrinin ABŞ-ın Bəhreyndə erkən xəbərdarlıq radarını vurduğu bildirilib.
Açıqlamada hücumun ABŞ-a Hörmüz boğazında hava məkanı pozuntularına və neft qaçaqmalçılığına son qoyması üçün ciddi xəbərdarlıq olduğu və pozuntuların təkrarlanacağı təqdirdə cavab verməyə hazır olduğu bildirilib.
İnqilab Keşikçiləri ABŞ-ın rəhbərliyi altında fəaliyyət göstərən və qanun pozuntularına yol verən şirkətləri daha ciddi sanksiyalarla üzləşəcəkləri ilə bağlı xəbərdarlıq edib.
Hücumla bağlı ABŞ ordusundan və Bəhreyndən hələlik heç bir açıqlama verilməyib.
İranın rəsmi xəbər agentliyi İRNA düşmən ünsürlərinin gecə saatlarında Sirik şəhərinə hücum etdiyini açıqlayıb.




