Dünya

İspaniyada qocalar evində baş verən yanğında 10 nəfər həlak oldu

15 Noyabr 2024, 12:165
Reklam728x90
Reklam320x100

Avropa .info İspaniyanın rəsmi xəbər agentliyi EFE-yə istinadən xəbər verir ki, sel və daşqınlar nəticəsində bir çox insanın həyatını itirdiyi İspaniyadan daha bir pis xəbər gəldi. İspaniyanın şimal-şərqində yerləşən Zaraqoza şəhərində bir yaşlılar üçün baxım evində baş verən yanğında 10 nəfərin həyatını itirdiyi bildirilib.

Yanğının yerli vaxtla səhər saat 05:00-da baş verdiyi qeyd olunub.

Yanğın yerinə dərhal təcili yardım, yanğınsöndürmə, jandarm, Mülki Müdafiə qrupları və psixoloqlar göndərilib, ətrafdakı xəstəxanalar həyəcan vəziyyətinə gətirilib.

Rəsmilər yanğın zamanı yaşlılar evində 82 nəfərin olduğunu bildiriblər.

İlkin məlumatlara görə, 10 nəfərin həlak olduğu yanğında 1 nəfər ağır yaralanıb

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600