Kremlin xarici siyasət müşaviri Yuri Uşakov bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski zəng edərsə, telefonu Rusiya prezidenti Vladimir Putin qaldıracaq.
Avropa.info xəbər verir ki, Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov Rusiya mətbuatına Avropa nümayəndələrinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Ukrayna üzrə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlara qatılma ehtimalı barədə danışıb.
Amerikalılarla iş səviyyəsində təmasları olduğunu bildirən Uşakov, “Ona görə də ilk raund danışıqların üçtərəfli formatda keçirilməsi mənalıdır” dedi.
Ukrayna prezidenti Vladimir Zelenskinin Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşə biləcəyini qeyd edən Uşakov, “O, müxtəlif mənbələrdən siqnallar ötürür” deyib.
“Zelenski zəng etsə, Putin telefonu qaldıracaqmı?” sualına Uşakov “Məncə, Putin bunu açacaq. Putin heç vaxt görüşdən vaz keçməyib” cavabını verib.


























