Siyasət

Məhəmməd Əsədullazadə:Fransa uzun müddətdir bu ideyanı dəstəkləsə də, konsensusun əldə olunması asan deyil

18 Sentyabr 2026, 07:5464
Reklam728x90
Reklam320x100

Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Avropanın təhlükəsizlik və müdafiə arxitekturasının gücləndirilməsi istiqamətindəki son təklifləri beynəlxalq aləmdə “Avropa NATO-su” konsepti kimi müzakirə olunur. Bu təşəbbüs NATO-nun 4-cü və 5-ci maddələrinə bənzər qarşılıqlı müdafiə öhdəliklərinin tətbiqini nəzərdə tutur.

Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

“Rusiyanın Təhdidləri, Avropanın Muxtariyyət Axtarışı”

MCP rəsmisi Rusiyanın artan hərbi təhlükəsi və ABŞ-ın rolundakı qeyri-müəyyənliyin Avropanı hərbi baxımdan təşkilatlanmağa sövq etdiyini vurğulayıb:

“Avropa ölkələrinin təhlükəsizlik qayğıları və ABŞ-ın gələcək rolu ilə bağlı müzakirələr strateji muxtariyyət məsələsini yenidən gündəmə gətirib. Avropa İttifaqının əsas məqsədi öz müdafiə imkanlarını artırmaq və qlobal sistemdə müstəqil siyasi mərkəzə çevrilməkdir. Fransa uzun müddətdir bu ideyanı dəstəkləsə də, konsensusun əldə olunması asan deyil. Çünki müstəqil hərbi ittifaq NATO ilə ziddiyyət yarada və transatlantik təhlükəsizlik sistemini zəiflədə bilər. Qeyd edək ki, NATO-nun ləğvi gözlənilmir, daha çox mövcud strukturların transformasiyası baş verir”.

“Cənubi Qafqaza Təsirlər, Türk Dövlətləri Təşkilatının Rolu”

Ekspert Məhəmməd Əsədullazadə yeni təhlükəsizlik mexanizmlərinin Cənubi Qafqaza və Azərbaycanın xarici siyasət prioritetlərinə təsirini diqqətə çatdırıb:

“Yeni dünya nizamında Avropanın müstəqil mərkəz kimi formalaşması Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək. İttifaqın Azərbaycan, Ermənistan və Gürcüstana müxtəlif tərəfdaşlıq formatları təklif etməsi mümkündür. Azərbaycan isə buna paralel olaraq Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində təhlükəsizlik və müdafiə əməkdaşlığının inkişafında maraqlıdır. Gələcəkdə həm Avropa, həm də Türk dünyasında formalaşacaq təhlükəsizlik mexanizmləri yeni qlobal və regional arxitekturanın əsas elementləri olacaq”.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600