Almaniyanın Frankfurt şəhərində ağcaqanad yoluxucu malyariyadan bir nəfərin daha ölümü ilə şəhərdə malyariyadan ölənlərin sayı 3-ə çatıb.
Avropa.info – nun məlumatına görə Frankfurt Bələdiyyəsindən verilən açıqlamaya görə, hava limanına təxminən 5 kilometr uzaqlıqdakı Schwanheim rayonunda yaşayan bir adam malyariya səbəbiylə həyatını itirib.
Beləliklə, Frankfurtda malyariyadan ölənlərin sayı 3-ə yüksəlib.
Ötən ay Frankfurt Hava Limanının operatoru Fraport şirkətinin 6 əməkdaşında malyariya aşkarlanıb və onlardan 2-si dünyasını dəyişib.
Səlahiyyətlilər insanların hava limanına gələn təyyarələrdən daşınan anofel ağcaqanadları vasitəsilə malyariyaya tutulduğunu qiymətləndirir.
Frankfurt Bələdiyyəsi ağcaqanad dişləməsindən qorunmaq üçün spreylər, uyğun paltar və ağcaqanad torları kimi tədbirlərdən istifadə etməyi tövsiyə edib.
Digər tərəfdən, Frankfurt hava limanında malyariya daşıyan anofel ağcaqanadlarının olub olmadığını müəyyən etmək üçün ağcaqanad tələləri quruldu.






























