02 - 11 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Vüqar Rəhimzadə: Azərbaycan qlobal əməkdaşlıq məkanı kimi mövqeyini möhkəmləndirir

Sentyabr 16, 2026
Siyasət
A A

Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul edilir.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Avropa.info-ya açıqlamasında bildirib ki, bugünümüzü dünənimizlə müqayisə etdikdə böyük qürur hissi və əminliklə qeyd edirik ki, əgər əvvəllər Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırmaq üçün çoxsaylı xarici səfərlərə böyük ehtiyac yaranırdısa, bu gün artıq vəziyyət tamamilə fərqlidir. Xarici siyasətimizin prioritet istiqaməti kimi müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin yüksələn xətlə inkişafı ilə yanaşı, Azərbaycanın demək olar ki, hər həftə, hər gün hansısa beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi, konfransların, forumların keçirilməsi ölkəmizlə bağlı daha dolğun məlumatların əldə edilməsinə geniş imkanlar yaradır. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyev müstəqillik yollarında ilk addımlarını atan ölkənin qarşısında dayanan vəzifələri qeyd edərkən beynəlxalq aləmdə özünü təsdiqi xüsusi qeyd etmişdir.

Azərbaycanın 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrünün reallıqlarına diqqət yetirsək görərik ki, beynəlxalq əlaqələrin qurulması əsas hədəf olmaqla bərabər, bu istiqamətdə mühüm uğurlar qazanılıb. Tarixi Zəfərimizin və suverenliyimizin bərpasının yaratdığı reallıqlar əsasında Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması, regional və qlobal mövqeyinin möhkəmlənməsi diqqətdən kənarda qalmır. Azərbaycan hər zaman əməkdaşlıq məkanı, həmçinin qlobal problemlərin həllinə davamlı töhfələr verən ölkə kimi tanınır. Bunun üçün son illərdə ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin xronologiyasına diqqət yetirmək kifayətdir. Qürurvericidir ki, bu tədbirlərin bir qismi işğaldan azad edilmiş ərazilərimizdə keçirilib. Azərbaycan 2024-cü ildə BMT çərçivəsində ən böyük tədbirlərdən biri olan COP29-a ev sahibliyi etdi. Bu tədbir beynəlxalq iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirildi və Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olduğunu bir daha təsdiqlədi. 80 ölkənin dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un yüksək təşkilatçılığı və uğurlu nəticələri, növbəti COP-lar üçün böyük stimul olduğu bu gün də dünya mətbuatında geniş şərh edilir. Bunun ardınca cari ilin may ayında Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etdi. WUF13 təqribən 60 min iştirakçının rekord sayı ilə tarixə ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi düşdü. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə təşkil olunan forumun Liderlər Seqmenti qlobal şəhərsalma gündəliyinə daha böyük siyasi impuls vermiş oldu. Azərbaycan həm də bu gün qlobal mədəniyyətlərarası dialoq və dini sammitlərin keçirildiyi əsas mərkəzlərdən biri kimi tanınır. Ölkənin coğrafi mövqeyi, tarixi keçmişi və çoxəsrlik tolerantlıq ənənələri onu müxtəlif sivilizasiyaların görüş nöqtəsinə çevirib.

Deputat Vüqar Rəhimzadə qeyd edib ki, Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünün və “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda I Beynəlxalq Konfransın keçirilməsi də Azərbaycanın əməkdaşlıq məkanı kimi möhkəmlənən mövqeyini bir daha təsdiqlədi. Dövlət başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bu məqamlara xüsusi diqqət yönəltdi. Bildirdi ki, bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası var. Çünki biz öz dahi şəxsiyyətlərimizlə, mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr edirik. Seyid Yəhya Bakuvi onlardan biridir. XV əsrdə yaşayıb-yaratmış Yəhya Bakuvi çox böyük bir iz buraxmışdır. Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir. XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük dəyərdir. Dövlətimizin başçısı bu reallığa da diqqəti yönəltdi ki, tədbirlərdə bir çox ölkələrdən dini liderlər iştirak edirlər. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlərindən başqa, Gürcüstan, Suriya dini liderləri, Şimali Qafqaz respublikalarının nümayəndələri, xüsusilə Dağıstandan, Çeçenistandan olan dini rəhbərlər iştirak edirlər. Bu, birliyin nümunəsidir. Təbii ki, burada Azərbaycanın xüsusi rolu var. Çünki Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın Türk dünyasının, İslam aləminin birliyinə, həmrəyliyinə töhfələri davamlıdır və daim yüksək qiymətləndirilir. Türk dövlətləri arasında birliyin möhkəmləndirilməsi, həmçinin onları bir araya gətirən TDT-nin beynəlxalq nüfuzunun artması istiqamətində atdığı addımlar göz qabağındadır. Türk dünyasını böyük ailə kimi dəyərləndirən Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Zirvə görüşləri ilə yanaşı, hər il qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi təşəbbüsü də bu məqsədə xidmət edir. Hər zaman qeyd edildiyi kimi, bu gün beynəlxalq ictimaiyyət Türk dünyasının birliyini onların işğaldan azad edilmiş ərazilərimizin bərpasına verdikləri töhfələrdə görür. İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar sırasında ilk olaraq Azərbaycanın 2017-ci ilidə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyini qeyd etmək istərdik. Prezident İlham Əliyev çıxışında bu məqamı xüsusi vurğuladı. Bildirdi ki, bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, hamımızı narahat edir. Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilmişdir. Hələ təxminən 10 il bundan əvvəl – 2017-ci ildə təşəbbüsümüzlə və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunları keçirildi. Biz də bu Oyunları, sadəcə olaraq, idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul edirdik. Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək. Dünyada gedən proseslərin fonunda belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi təsadüfi deyil. Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir.

Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyevin hər bir çıxışında 30 illik işğal dövrünün reallıqları xüsusilə önə çəkilir. Ölkə Prezidentinin çıxışları həmin dövrlə bağlı bütün reallıqların əsaslı şəkildə öyrənilməsində zəngin mənbədir. Torpaqlarımız 30 il Ermənistanın işğalı altında qaldı. Xalqımıza qarşı hərbi cinayətlər törədildi. Qarabağda və Şərqi Zəngəzurda yerləşən bütün şəhər və kəndlərimiz yerlə-yeksan edildi. Xalqımıza qarşı etnik təmizləmə aparıldı. Bir milyona yaxın azərbaycanlı Ermənistan dövlətinin etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salındı. 30 il davam edən danışıqların heç bir nəticə vermədiyini vurğulayan dövlət başçısı bildirdi ki, çünki Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistanı dəstəkləyən böyük sayılan dövlətlər isə məsələni həll etmək yox, uzatmaq və bu işğalı əbədi etmək istəyirdi. Bu dövlətlər Ermənistana hərbi, iqtisadi, siyasi dəstək verərək faktiki olaraq işğalçını mükafatlandırırdı. Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi. Azərbaycan xalqı qan tökərək, döyüşərək bu torpaqları azad etdi. İşğalçıları torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qaldırdıq, separatçılığa son qoyduq. Separatçı liderlər, hərbi cinayətkarlar, uşaq qatilləri bu gün Azərbaycan həbsxanalarında öz cəzalarını çəkirlər. Bu da ədalətin təntənəsidir. Ədalət tam zəfər çaldı və Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etdi.

Vüqar Rəhimzadə artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həlli prosesinin uzanmasında dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin rolunu xüsusi önə çəkərək bildirib ki, Azərbaycan 30 il beynəlxalq aləmdən ədalət gözlədi. Amma təəssüf ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağız üzərində qaldı. Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmadı. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan və artıq tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri işğalçını adı ilə çağırmaqdan hər vasitə ilə yayındılar. Prezident İlham Əliyev çıxışında bir daha bu çağırışları etdi ki, Ermənistan işğal edilmiş torpaqlara heç bir xarici müşahidəçi buraxmırdı. Ancaq Qərbdən və digər ölkələrdən olan pulla alınmış bəzi siyasətçiləri, ictimai xadimləri gətirirdilər ora göstərsinlər ki, onlar burada necə yaşayırlar. Amma beynəlxalq təşkilatlar buna səssiz qalıb. Birləşmiş Millətlər Təşkilatı, – hansı ki, Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdi ki, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələri çıxarılmalıdır, səssiz qalıb, ATƏT səssiz qalıb. Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib. Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir. Yəni bax bu, bizə olan münasibətin kiçik bir təsviridir. Görün, biz kimlərlə üzbəüz qalmışdıq, yəni Ermənistan təkbaşına deyildi. Ermənistan təkbaşına olsaydı, bu məsələ çoxdan həll olunardı.

Millət vəkili 30 ildə yaşadığımız faciələrin, işğal edilmiş torpaqlarımızda törədilən vəhşiliklərin, dağıntıların fonunda bu gün azad Qarabağın və azad Şərqi Zəngəzurun dirçəliş dövründən böyük qürur hissi ilə bəhs edib. Bildirib ki, artıq bu torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı uğurla icra edilir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır. Keçmiş köçkünlər qayıdıb, orada işləyənlər, təhsil alanlar məskunlaşıb. Bu şəhər və kəndlərdə artıq 90 mindən çox insan yaşayır. Həyat qayıdıb və bu, böyük tarixi nailiyyətimizdir. 30 il əzab-əziyyət içində yaşayan xalqımız bu gün qalib xalq kimi, müzəffər dövlət kimi yaşayır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, amma biz mövcud olan reallıqlarla gərək hesablaşaq və təbii ki, hesablaşırıq. Bilirik ki, suverenliyimizin, ərazi bütövlüyümüzün, xalqımızın bundan sonra azad, müstəqil xalq kimi yaşamasının bir zəmanəti var, o da bizim iradəmiz, qətiyyətimiz, hərbi gücümüz, xalqımızın bir yumruq kimi birləşməsi, imanımız və milli dəyərlərimizdir.

Əvvəlki Yazı

ABŞ senatoru Sandersdən İsrailə silah satışına reaksiya

Növbəti Yazı

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

XƏBƏR LENTİ

3 yaşlı uşağını döyən ana həbs edilib

3 yaşlı uşağını döyən ana həbs edilib

02 Noyabr 2026 / 15:27
0
Razi Nurullayev:“Sahibkarların əsas problemi istehsal etdikləri malları satmağa bazar tapmamalarıdır”

Razi Nurullayev:“Sahibkarların əsas problemi istehsal etdikləri malları satmağa bazar tapmamalarıdır”

02 Noyabr 2026 / 15:19
5
Vüqar Dadaşov:”Heç bir dövlətlə yaxınlıq Azərbaycanın yenidən qurban verilməyəcəyinə zəmanət vermir”

Vüqar Dadaşov:”Bakı və Ankaranın regional təhlükəsizlik maraqlarında müəyyən fərqlərin mövcudluğunu göstərir”

02 Noyabr 2026 / 14:41
81
Kreml: Zelenski zəng etsə, Putin telefonu qaldıracaq

Kreml: Zelenski zəng etsə, Putin telefonu qaldıracaq

02 Noyabr 2026 / 14:37
9
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:”TDT üzv ölkələri ortaq maraqlar, strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri birləşdirir”

02 Noyabr 2026 / 11:56
69
Zelenski ərazi məsələsinə son qoydu: Ukrayna sülh naminə nədən imtina edəcək?

Zelenski ərazi məsələsinə son qoydu: Ukrayna sülh naminə nədən imtina edəcək?

02 Noyabr 2026 / 9:08
10
Razi Nurullayev:”Birinci növbədə kəndlə şəhər arasında kommunal ödənişlərdə fərq olmalıdır”

Razi Nurullayev:”Mentalitetimizə və toplum olaraq baxışımıza görə xəbərçilik pis hal sayılır”

02 Noyabr 2026 / 8:52
66
Floridada şəxsi təyyarə yaşayış məntəqəsinə çırpılıb: 9 nəfər ölüb, 600 nəfər təxliyə edilib

Floridada şəxsi təyyarə yaşayış məntəqəsinə çırpılıb: 9 nəfər ölüb, 600 nəfər təxliyə edilib

02 Noyabr 2026 / 8:35
7
“Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” adlı elmi-nəzəri konfrans keçirilib-Fotolar

Ehtiram Mehtiyev:“Əsl müstəqil hakim qanundan başqa heç kimdən asılı olmamalıdır”

29 Oktyabr 2026 / 19:04
64
İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

29 Oktyabr 2026 / 9:51
0
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:”Xəzər hövzəsi və Mərkəzi Asiyanı da əhatə edən daha geniş geosiyasi məkanın mühüm aktorlarından biri kimi qəbul olunur”

28 Oktyabr 2026 / 16:51
8
Yevlaxda ölümlə nəticələnən dəhşətli qəzanın səbəbi bilinib

Yevlaxda ölümlə nəticələnən dəhşətli qəzanın səbəbi bilinib

28 Oktyabr 2026 / 11:54
1
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb

28 Oktyabr 2026 / 11:49
5
Tramp Putin və Zelenski ilə görüşə eyham vurdu: dünya göründüyündən daha yaxındırmı?

Tramp Putin və Zelenski ilə görüşə eyham vurdu: dünya göründüyündən daha yaxındırmı?

28 Oktyabr 2026 / 11:41
24
Tramp yenidən Ukraynaya kömək etmək barədə bəyanat verdi: Amerikalılar harada səhv etdilər?

Tramp yenidən Ukraynaya kömək etmək barədə bəyanat verdi: Amerikalılar harada səhv etdilər?

28 Oktyabr 2026 / 11:34
10
Bakıda 225 nömrəli məktəbdə bədbəxt hadisə – Şagird öldü

Bakıda 225 nömrəli məktəbdə bədbəxt hadisə – Şagird öldü

28 Oktyabr 2026 / 11:21
19
Ukrayna 70 milyard avroluq maliyyə boşluğu ilə üz-üzədir: Brüssel müttəfiqlərinə nə tələb etdi

Ukrayna 70 milyard avroluq maliyyə boşluğu ilə üz-üzədir: Brüssel müttəfiqlərinə nə tələb etdi

28 Oktyabr 2026 / 11:00
13
İran: Tehran görüşü regional təhlükəsizlik üzrə dialoqu inkişaf etdirmək imkanı verdi

İran: Tehran görüşü regional təhlükəsizlik üzrə dialoqu inkişaf etdirmək imkanı verdi

28 Oktyabr 2026 / 10:44
16
Vüqar Dadaşov:”Heç bir dövlətlə yaxınlıq Azərbaycanın yenidən qurban verilməyəcəyinə zəmanət vermir”

Vüqar Dadaşov:”Heç bir dövlətlə yaxınlıq Azərbaycanın yenidən qurban verilməyəcəyinə zəmanət vermir”

28 Oktyabr 2026 / 10:40
77
Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının – Siyahısı

Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının – Siyahısı

28 Oktyabr 2026 / 10:23
29
İsraildə keçirilən ümumi seçkilərdə səslərin 28 faizinin hesablanması ilə Netanyahu blokuna daxil olmayan partiyalar önə keçib

İsraildə keçirilən ümumi seçkilərdə səslərin 28 faizinin hesablanması ilə Netanyahu blokuna daxil olmayan partiyalar önə keçib

28 Oktyabr 2026 / 10:14
21
 Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası seçkilərdə səsvermə müddətinin uzadılması üçün müraciət edib

 Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası seçkilərdə səsvermə müddətinin uzadılması üçün müraciət edib

27 Oktyabr 2026 / 20:37
1
Bakı Ekspo Mərkəzində “Azərbaycan və Özbək nağılları” kitabının təqdimatı keçirilib

Bakı Ekspo Mərkəzində “Azərbaycan və Özbək nağılları” kitabının təqdimatı keçirilib

27 Oktyabr 2026 / 20:27
6
Tramp Kiyevdən güzəşt tələb edir: Zelenski Qütb Donanması ilə sülh üçün sərt ultimatum səsləndirdi

Stubb və Stere Putinlə söhbətində Rusiyanın Ukraynanın enerji və infrastrukturuna zərbələrini azaltmaqda israr ediblər – Zelenski

27 Oktyabr 2026 / 16:40
6
Pərviz Şixaliyev:Hökumət regionlarda iş yerlərinin açılması üçün iş adamlarına cəlbedici təkliflər verməlidir”

Pərviz Şixaliyev:Hökumət regionlarda iş yerlərinin açılması üçün iş adamlarına cəlbedici təkliflər verməlidir”

27 Oktyabr 2026 / 16:34
47
Qazaxıstan prezidenti Tokayev Türkiyəyə səfər edəcək

Qazaxıstan prezidenti Tokayev Türkiyəyə səfər edəcək

27 Oktyabr 2026 / 16:28
17
BMT: Ukraynada 10,8 milyon insanın humanitar yardıma ehtiyacı var

BMT: Ukraynada 10,8 milyon insanın humanitar yardıma ehtiyacı var

27 Oktyabr 2026 / 16:24
16
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:”“Moskvanın əsas məqsədlərindən biri cəbhə xətti boyunca atəşkəsin əldə olunması deyil”

27 Oktyabr 2026 / 16:18
18
Pakistanın müdafiə naziri Asif: Səudiyyə Ərəbistanını bütün gücümüzlə müdafiə edəcəyik

Pakistanın müdafiə naziri Asif: Səudiyyə Ərəbistanını bütün gücümüzlə müdafiə edəcəyik

27 Oktyabr 2026 / 16:00
9
Razi Nurullayev:”Birinci növbədə kəndlə şəhər arasında kommunal ödənişlərdə fərq olmalıdır”

Razi Nurullayev:”Birinci növbədə kəndlə şəhər arasında kommunal ödənişlərdə fərq olmalıdır”

27 Oktyabr 2026 / 13:48
62
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.