Ukrayna prezidenti Zelenskinin Rusiya prezidenti Putinlə görüşmək istəyi ilə bağlı Kremlin sözçüsü Peskov, “Əgər həqiqətən də Putinlə görüşmək istəyirsə, Moskvaya gələ bilər. Putin bunu əvvəllər də deyib”
Avropa.info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyi ilə bağlı Kremlin sözçüsü Dmitri Peskov “Əgər həqiqətən də Putinlə görüşmək istəyirsə, Moskvaya gələ bilər” deyib.
Peskov Hindistanın paytaxtı Yeni Dehlidə Rusiyanın Tass xəbər agentliyinə açıqlama verib.
Ukrayna prezidenti Vladimir Zelenskinin “dekabrda ABŞ-ın Mayami şəhərində keçiriləcək G20 Liderlər Sammitində Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini” ifadəsini dəyərləndirən Peskov, “Putinlə həqiqətən də görüşmək istəyirsə, Moskvaya gələ bilər. Putin bunu əvvəllər də demişdi”
Mətbuat katibi Peskov deyib ki, Putinin sammitdə iştirak edib-etməyəcəyi bəlli deyil.





























