Türkiyənin Adanada şəhərində yaşanan dəhşətdə ədliyyədən çıxan ailəyə şəxsiyyəti naməlum şübhəlilər tərəfindən silahlı hücum təşkil edilib. Hadisə nəticəsində 1 nəfər ölüb
Adanada ədliyyədən çıxan bir ailəyə naməlum şübhəlilərin silahlı hücumu nəticəsində 1 nəfər ölüb. Yaralılar xəstəxanaya aparılarkən, polis qaçan şübhəliləri tutmaq üçün əməliyyat başlatdı.
Avropa.info xəbər verir ki, DHA-nın verdiyi məlumata görə, hadisə günorta saatlarında Yüreğir rayonunda Mustafa Kamal Paşa bulvarında, Adana Ədliyyəsi yaxınlığındakı yan küçədə baş verib.
Ədliyyə binasında məhkəmə iclasından çıxan ailə motosikletlə gələn naməlum şəxslərin hücumuna məruz qalıb.
Hücum zamanı bir nəfər güllələrə tuş gəlib və ölüb. Ətrafdakıların xəbəri üzərinə sağlamlıq və polis qrupları ünvana sövq edildi. Hadisə zamanı yaralananlar təcili yardım maşını ilə ətraf xəstəxanalara aparılıb. Polis hadisədən sonra qaçan şübhəlilərin tutulması üçün əməliyyata başlayıb. Mərhumun meyiti yarılma üçün morqa aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


























