09 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Vüqar Dadaşov:”Putinin “Ermənistan xalqı istəsə” ifadəsi elə özündə bütün açar şərtləri və xəbərdarlığı ehtiva edir”

Sentyabr 7, 2026
Siyasət
A A

Rusiya Prezidenti Vladimir Putinin Ermənistanda yerləşən 102-ci hərbi bazanın çıxarılması ilə bağlı açıqlaması heç də hərbi məsələ deyil, bu, Ermənistana açıq və birmənalı xəbərdarlıqdır, hansı ki, siyasi təzyiq ritorikasını da aşır.

Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Rusiya prezidentinin açıqlamasını, Moskva-İrəvan xəttində gərginləşən siyasi ritorikanı və Cənubi Qafqazda güclər nisbətinin dəyişmə ehtimallarını şərh edərkən Milli Cəbhə Partiyasının başqan müavini, siyasi analitik Vüqar Dadaşov deyib.

“Moskva Paşinyan İqtidarının Qanuni Hesab Etmir…”

Politoloq Rusiya prezidentinin işlətdiyi ifadələrin arxasında dayanan geosiyasi məqamlara diqqət çəkib:

“Bəli, Paşinyan bu günə kimi Rusiyanın 102-ci bazasının Ermənistandan çıxarılmasını tələb etməyib. Ancaq Moskva çıxmaq qərarı verərsə, Ermənistanın buna mane olmayacağını bildirir. Yəni, təşəbbüsün Rusiyaya aid olması ehtimalı olsa da, mümkün nəticələrə görə məsuliyyəti Ermənistan daşıyacaq. Putinin “Ermənistan xalqı istəsə” ifadəsi elə özündə bütün açar şərtləri və xəbərdarlığı ehtiva edir. İlk növbədə, söhbət hazırkı hakimiyyətin mövqeyindən deyil, potensial olaraq referendum və ya başqa siyasi mexanizmlərdən gedir. Yəni, Moskva Paşinyan hakimiyyətinin qərarını əslində qanuni hesab etmir və Ermənistanın dövlət olaraq siyasi iradəsini Paşinyan iqtidarından kənar görür”.

“Cənubi Qafqazdakı Taleyi Müzakirə Olunur…”

MCP rəsmisi 102-ci bazanın çıxarılacağı təqdirdə yarana biləcək geosiyasi boşluq və kənar güclərin planlarını dəyərləndirib:

“Əgər 102-ci baza Ermənistandan çıxarılarsa, ardınca Ermənistanın KTMT-dan hüquqi çıxışı və Avrointeqrasiya prosesinin sürətlənməsi baş verərsə, bu, Rusiyanın Ermənistanı tərk etməsi yox, Rusiyanın Cənubi Qafqazdakı geosiyasi mövcudluğunun taleyinə çevriləcək. Rusiyanın Ermənistanı, Cənubi Qafqazı itirməsi onun böyük dövlət, qlobal güc, imperialist mahiyyətindən geri çəkilməsi anlamına gəlir ki, bu da heç də inandırıcı gəlmir. Hər bir halda, burada əsas sual çıxır: əgər Rusiya Ermənistandan çıxarsa, onun hərbi mövcudluğunun yerini kim tutacaq? Avropa qüvvələrinin, Fransa kimi ayrıca dövlətlərin Ermənistanda Rusiyanı əvəz etməsi real və optimal variant kimi görünmür. Belə bir addım regionda yeni qarşıdurma xətti yarada bilər”.

“Ən Məntiqli Model Ermənistanın Neytrallığıdır…”

Ekspert regionda davamlı sülh üçün optimal modeli açıqlayıb:

“Son vaxtlar intensivləşən Moskva-Vaşinqton təmasları ABŞ qüvvələrinin elə TRIPP marşrutunun təhlükəsizliyi məqsədi ilə Ermənistanda yerləşdirilməsi məsələsinin müzakirəsi istisna deyil və ehtimal ki, Rusiyaya Ukrayna bataqlığından üzüağ çıxmaq imkanının verilməsi şərti ilə. Ancaq Rusiyanın mümkün Ermənistan güzəşti onun Ukrayna müharibəsini məqbul bitirməsinə qədər çəkəcəyi də məlumdur. Sentyabrın 5-6-da ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner əvvəlcə Moskvada Vladimir Putinlə üç saatdan artıq görüş keçirib, ertəsi gün isə Kiyevdə Vladimir Zelenski ilə danışıqlar aparıblar. Ancaq Zelenskinin Rusiyanın işğalını rəsmiləşdirən razılaşmaya gedəcəyi inandırıcı deyil.

Daha məntiqli model Ermənistanın hərbi bloklardan kənarda qalması, neytrallığını qoruması və bu neytrallığın regional səviyyədə Azərbaycan və Türkiyə tərəfindən təmin edilməsidir. Belə bir modelin İran və Rusiya, bəzi Avropa ölkələri əleyhinə çıxsalar da, Azərbaycan-Ermənistan münasibətlərinin tam normallaşması və davamlı sülhün formalaşması ilə mümkün ola bilər. Bu baxımdan, Putinin açıqlaması Rusiyanın Ermənistandan dərhal çıxacağı anlamına gəlilməsə də, Moskvanın İrəvana verdiyi ciddi siyasi siqnaldır”.

Əvvəlki Yazı

Kabardin-Balkarda qar uçqunu nəticəsində ölənlərin sayı 11-ə çatıb

Növbəti Yazı

Lavrov sentyabrın 8-də Moskvada Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəhbəri ilə danışıqlar aparacaq

XƏBƏR LENTİ

Biləcəri qəsəbəsində çörək emalı müəssisəsində nöqsanlar aşkarlanı -Fotolar

Biləcəri qəsəbəsində çörək emalı müəssisəsində nöqsanlar aşkarlanı -Fotolar

09 Sentyabr 2026 / 16:02
0
Deputat Asif Əsgərov Zaqatalada şəhid ailəsi ilə görüşüb – FOTOLAR

Deputat Asif Əsgərov Zaqatalada şəhid ailəsi ilə görüşüb – FOTOLAR

09 Sentyabr 2026 / 15:35
12
Prezident İlham Əliyev iki  ölkəyə  yeni səfir təyin etdi

Prezident İlham Əliyevdən Şarovskinin vəfatı ilə bağlı – Nekroloq

09 Sentyabr 2026 / 15:30
13
ABŞ Hərbi Dəniz Qüvvələrində büdcə böhranı: Vəsaitlər maaş hesablarından köçürüldü

ABŞ: Hörmüzdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus heç bir hərbi gəmi vurulmayıb

09 Sentyabr 2026 / 15:25
14
Prezident İlham Əliyev və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi

Prezident İlham Əliyev və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi

09 Sentyabr 2026 / 14:50
15
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir – Foto

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir – Foto

09 Sentyabr 2026 / 14:42
12
Razı Nurullayev:“Sülhün davamlı olması üçün cəmiyyətlərin, siyasi qüvvələrin və müxtəlif ictimai institutların da bu prosesə müsbət yanaşması vacibdir”

Razı Nurullayev: “Söhbət uşağın məktəb həyatına mümkün qədər rahat başlamasından gedir”

09 Sentyabr 2026 / 13:11
72
Prezident İlham Əliyev Qazaxıstana Prezidenti Tokayevlə görüşdü – Fotolar

Prezident İlham Əliyev Tacikistan Prezidentini təbrik edib

09 Sentyabr 2026 / 12:24
9
Tural İrfan:“Hesab edirəm ki, bu proseslərdə müəyyən xarici təsirlərin də rolu var”

Tural İrfan:”Ziddiyyətli və xurafatla qarışmış hədislər və Qurandan qeyri mətnlərlə heç bir nailiyyət əldə etmək olmaz”

09 Sentyabr 2026 / 10:56
70
İran Hörmüz boğazında ABŞ-a məxsus 2 gəmi, 8 tanker və 10 müxtəlif gəmini hədəf aldığını açıqlayıb

İran Hörmüz boğazında ABŞ-a məxsus 2 gəmi, 8 tanker və 10 müxtəlif gəmini hədəf aldığını açıqlayıb

09 Sentyabr 2026 / 10:13
10
Samuxda 39 yaşlı qadını qardaşı bıçaqlayıb

Samuxda 39 yaşlı qadını qardaşı bıçaqlayıb

09 Sentyabr 2026 / 9:23
1
ABŞ prezidenti Tramp blokadanın çox təsirli olduğunu müdafiə etdi: Biz İrana çox sərt dərs verdik

ABŞ prezidenti Tramp blokadanın çox təsirli olduğunu müdafiə etdi: Biz İrana çox sərt dərs verdik

09 Sentyabr 2026 / 9:04
22
Tarixin ən böyük kriptovalyuta oğurluğundan biri: 245 milyon dollar

Tarixin ən böyük kriptovalyuta oğurluğundan biri: 245 milyon dollar

09 Sentyabr 2026 / 8:42
28
İsveç ölkəni tərk edən immiqrantlara 36 min dollar ödəyəcək

İsveç ölkəni tərk edən immiqrantlara 36 min dollar ödəyəcək

09 Sentyabr 2026 / 8:36
25
Almaniyada AfD-nin tarixi seçki qələbəsindən sonra kütləvi etirazlar başlayıb

Almaniyada AfD-nin tarixi seçki qələbəsindən sonra kütləvi etirazlar başlayıb

09 Sentyabr 2026 / 8:25
22
Merkel: Ürəyim qan agladi

Merkel: Ürəyim qan agladi

09 Sentyabr 2026 / 8:02
15
SEPAH: İran hərbçiləri Hörmüz boğazı yaxınlığında ABŞ-ın sualtı pilotsuz təyyarəsini ələ keçirib

SEPAH: İran hərbçiləri Hörmüz boğazı yaxınlığında ABŞ-ın sualtı pilotsuz təyyarəsini ələ keçirib

09 Sentyabr 2026 / 7:48
14
Bild: Xarici işlər naziri Vadeful Ukraynadan Almaniyanın maraqlarını nəzərə almağı tələb edib

Bild: Xarici işlər naziri Vadeful Ukraynadan Almaniyanın maraqlarını nəzərə almağı tələb edib

09 Sentyabr 2026 / 7:24
16
İordaniya ordusu İrandan atılan 18 ballistik raketi məhv etdiyini açıqlayıb

İordaniya ordusu İrandan atılan 18 ballistik raketi məhv etdiyini açıqlayıb

09 Sentyabr 2026 / 7:13
19
ABŞ Kanada məhsullarının idxalına qadağa qoyub

ABŞ Kanada məhsullarının idxalına qadağa qoyub

09 Sentyabr 2026 / 7:07
25
Zərdabda Traktorla toqquşan “KİA”markali avtomobildə  yanaraq ölən 5 nəfərin kimliyi məlum oldu  Yenilənib-foto- video

Zərdabda Traktorla toqquşan “KİA”markali avtomobildə  yanaraq ölən 5 nəfərin kimliyi məlum oldu  Yenilənib-foto- video

09 Sentyabr 2026 / 6:50
54
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayıb

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayıb

09 Sentyabr 2026 / 1:53
13
Zərdabda dəhşətli  yol-nəqliyyat hadisəsi baş verib, Traktorla toqquşan “KİA” alışdı – 5 nəfər yanaraq öldü

Zərdabda dəhşətli  yol-nəqliyyat hadisəsi baş verib, Traktorla toqquşan “KİA” alışdı – 5 nəfər yanaraq öldü

09 Sentyabr 2026 / 1:29
107
ABŞ Hərbi Dəniz Qüvvələrində büdcə böhranı: Vəsaitlər maaş hesablarından köçürüldü

ABŞ-ın hücumlarından sonra İran sərt xəbərdarlıq etdi: “Gəmiləri dərhal tərk edin!”

09 Sentyabr 2026 / 0:50
7
Türkiyə Husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyir

Türkiyə Husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyir

09 Sentyabr 2026 / 0:28
5
İrandan ABŞ-a: Ciddisiniz?

İrandan ABŞ-a: Ciddisiniz?

09 Sentyabr 2026 / 0:20
6
Mehr: İranın Xark adası və Cask şəhəri ərazisində partlayışlar baş verib

Mehr: İranın Xark adası və Cask şəhəri ərazisində partlayışlar baş verib

08 Sentyabr 2026 / 23:53
1
Ukraynanın istilik elektrik stansiyası partlayışlardan sonra elektrik enerjisi istehsalını dayandırıb

Ukraynanın istilik elektrik stansiyası partlayışlardan sonra elektrik enerjisi istehsalını dayandırıb

08 Sentyabr 2026 / 23:45
8
İsrailin xarici işlər naziri Britaniyanın Qüdsdəki konsulluğunun bağlandığını açıqlayıb

İsrailin xarici işlər naziri Britaniyanın Qüdsdəki konsulluğunun bağlandığını açıqlayıb

08 Sentyabr 2026 / 22:48
16
Lavrov sentyabrın 8-də Moskvada Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəhbəri ilə danışıqlar aparacaq

Lavrov Qərbin 1991-ci il sərhədlərini Ukraynaya qaytarmaq üçün “qəddar” istəyini açıqladı

08 Sentyabr 2026 / 22:32
2
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.