İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın Hörmüz boğazında 5 İran tankeri, 2 ABŞ gəmisi, 8 tanker və 10 müxtəlif gəmini hədəf almasına cavab olaraq bildirib.
Avropa.info xəbər verir ki, İranın yarı-rəsmi Mehr Xəbər Agentliyinin məlumatına görə, İnqilab Keşikçiləri Ordusu Mətbuat İctimaiyyətlə Əlaqələr Birliyinin verdiyi yazılı açıqlamada, ABŞ ordusunun Fars körfəzində 5 İran tankerinə etdiyi hücumlara cavab verdiyi bildirilib.
Açıqlamada bölgədə ABŞ-a məxsus 2 gəmi və ABŞ-a məxsus 8 tankerin hədəf alındığı və bu ünsürlərə böyük ziyan dəydiyi, ABŞ ordusunun təşviqi və dəstəyi ilə Hörmüz boğazında “qadağan olunmuş zona”dan keçməyə çalışan 10 gəminin də hədəfə alındığı bildirilib.
Açıqlamada Hörmüz boğazına nəzarət və nəzarətin İnqilab Keşikçiləri Ordusu donanmasının əlində olduğu vurğulanıb.





























