Filippin sahillərində sərnişin bərəsində baş verən yanğın nəticəsində ilkin məlumata görə, 5 nəfər həyatını itirib, 87 nəfər isə itkin düşüb.
Avropa.info Filippində yerləşən GMA Network yayım şəbəkəsinin xəbərinə görə, səlahiyyətlilər paytaxt Maniladan Palavan əyalətinin Coron bölgəsinə gedən sərnişin bərəsində naməlum səbəbdən yanğın baş verdiyini bildirib.
Səlahiyyətlilər 117 sərnişin və 17 ekipaj üzvü olmaqla 134 nəfərin olduğu bərənin alovlanması nəticəsində 5 nəfərin öldüyünü bildirib.
Səlahiyyətlilər indiyədək 42 nəfərin xilas edildiyini, itkin düşən 87 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.





























