Kabardin-Balkar Respublikasında 10 nəfər qar uçqunu altından müstəqil şəkildə xilas ola bilib.
Kabardin-Balkarda Bezengi dərəsində qar uçqunu nəticəsində həlak olan alpinistlərin sayı artaraq 11 nəfərə çatıb.
Avropa.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən məlumat verilib.
“Moskva vaxtı ilə saat 09:00-a olan məlumata görə, Bezengi dərəsində axtarış-xilasetmə işləri davam edir”, – idarədən bildirilib.
Mövcud məlumata görə, 11 vətəndaş ölümlə nəticələnən ağır bədən xəsarətləri alıb.
Son yenilənmiş məlumatlara görə, on alpinist dağdan təkbaşına enməyi bacarıb. Xilasetmə əməliyyatlarına nazirliyin 56 mütəxəssisi cəlb olunub; dərədə axtarış işləri hələ də yekunlaşmayıb.
Xatırladaq ki, Kabardin-Balkarda fövqəladə hadisə sentyabrın 6-da axşam saatlarında baş verib. Həmin vaxt 15-dən çox nəfərdən ibarət alpinistlər qrupu qar uçqunu altında qalıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin Elbrus yüksək dağ axtarış-xilasetmə dəstəsinin xilasediciləri hadisə yerinə gedib.





























