Dünya

Siyasətçi Bardella: Fransanın Kiyevə yardımını praqmatizmə dəyişməyin vaxtı çatıb

7 Sentyabr 2026, 09:0319
Reklam728x90
Reklam320x100

Fransa Ukrayna ilə bağlı gözlənilməz bəyanat verdi: Kiyevin ödəmə vaxtıdır

Fransa çətin maliyyə vəziyyəti və böyük dövlət borcu səbəbindən Ukraynanı sonsuz maliyyələşdirə bilmir. Parisdə gözlənilməz bəyanat verilib və Kiyevin borclarını ödəmək vaxtının çatdığı qeyd edilib.

Avropa.info xəbər verir ki, bunu “Bloomberg” agentliyinə müsahibəsində Fransanın Milli Ralli partiyasının lideri Cordan Bardella deyib.

O vurğulayıb ki, Ukrayna dəstək üçün Fransa və digər Avropa ölkələrinə kompensasiya ödəməlidir. Fransada bu, həm də ona görə lazımdır ki, Parisin problemləri hər gün artır. Avropa ölkəsi “borc içində boğulur”.

Siyasətçi Vaşinqtonun iqtisadi faydalara diqqət yetirərək yanaşmasını xatırladıb. Bardella Avropa istehsalçılarından silah alınması üçün Ukraynaya maliyyə yardımı yönəltməyi təklif edib.

Qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Tramp Avropanın problemlərinə əlavə edib. O bildirib ki, Aİ Kiyevin pulunu ödəməlidir. Axı alyans ölkələri və ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası Kiyevi münaqişənin başlanğıcında pulsuz silahla təmin edib, bu yanlışdır. Üstəlik, silahların əksəriyyəti ABŞ-dan göndərilib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600